Icma.az
close
up
RU
ATF yeni Ağdaşda tender qazandı Bu dəfə 155 min manat...

ATF yeni Ağdaşda tender qazandı Bu dəfə 155 min manat...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Tender kralı" kimi tanınan ATF MMC daha bir satınalma müsabiqəsinin qalibi seçilib. 

Qaynarinfo-nun məlumatına görə, bu dəfəki müsabiqəni Ağdaş Rayon İcra Hakimiyyəti keçirib. Satınalma predmeti Ağdaş şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiridır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 155 364,53 manatdır. 

Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsus ATF şirkəti 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Muradov Təbriz Əzim oğludur. Şirkətin adı qardaşların adının baş hərflərindən götürülüb. 

ATF MMC əsasən yol təmiri ilə bağlı iri məbləğli tenderlərin qalibi seçilir. Bir neçə gün öncə şirkət Qəbələ Rayon İcra Hakimiyyətinin 945 753,01 manatlıq tenderinin qalibi seçilib. Müsabiqə Qəbələ şəhər Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilib. 

ATF MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu baxımdan, demək olar ki, eyni vaxtda bir neçə rayonda yol təmiri ilə bağlı tenderin qalibi olan bu şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. 

Yeri gəlmişkən, şirkət cari ildə ikinci dəfədir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olur. ATF MMC bundan əvvəl aprel ayında qurumun Ağdaş şəhər İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işləri ilə bağlı keçirilən tenderin qalibi seçilib. Bu tender üzrə satınalma predmetinin qiyməti 397 547,43 manat olub. 

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzaədədir. O 2024-cü ildən rayona rəhbərlik edir. Bu gün ölkə başçısı İlham Əliyev Orxan Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verilməsi ilə bağlı sərəncam imzalayıb. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri