Icma.az
close
up
RU
ATF daha bir tender qazandı: Muradov qardaşlarının şirkəti bu il 2,9 milyonluq sifariş alıb

ATF daha bir tender qazandı: Muradov qardaşlarının şirkəti bu il 2,9 milyonluq sifariş alıb

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakən Rayon İcra Hakimiyyəti Balakəndə küçələrin təmiri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi ATF MMC seçilib. Küçələrin təmirinə görə şirkətə 344 592,1 manat ödəniləcək. 

ATF MMC "tender kralı” kimi tanınan şirkətlərdən biridir. Dövlət satınalmalarında fəal iştirak edən və əsasən küçə, yol təmiri ilə bağlı iri məbləğli tenderlərin qalibi seçilən ATF MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı da onların adlarının baş hərflərindən götürülüb. 

ATF MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətə Azad Muradov rəhbərlik edir. Şirkətin məmurlardan biri tərəfindən himayə olunduğu bildirilir. Dəqiqləşdirmələr apardığımızdan hələlik bu məsələyə toxunmuruq. 

ATF MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Çünki şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 22 ildir fəaliyyət göstərməsinə baxmayaraq ATF MMC-nin nə əlaqə telefonları, nə də internet səhifəsi var. Hər halda açıq mənbələrdə kontakt məlumatlarına rast gəlinmir. 

ATF MMC ilə əsasən yerli icra hakimiyyətləri işləyir. Yəni, şirkət bir çox hallarda rayon icra hakimiyyətlərinin infrastrktur layihələri ilə bağlı elan etdiyi tenderlərin qalibi seçilir. 

Şirkət cari ildə 6 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrin ümumi maliyyə dəyəri 2 933 656,45 manat təşkil edir. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir. O, 2011-ci ildən icra başçısıdır.  

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri