Atlant da içdi, telefonda sevgilisi ilə dalaşdı, başını ağaca çırpdı Cərimələndi
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən "Atlant" İstirahət Mərkəzində sərxoş vəziyyətdə olan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1998-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
C.V. "Atlant" İstirahət Mərkəzində yeyib-içdikdən sonra sevgilisindən telefon zəngi alıb. Masadan qalxaraq kənarda zəng edənlə danışarkən aralarında mübahisə yaranıb. Sərxoş və əsəbi halda C.V. yüksək səslə nalayiq ifadələr işlədib, daha sonra isə sağ əlini və başını yaxınlıqdakı şam ağacının gövdəsinə çırpmağa başlayıb.
Hadisədən sonra polis tərəfindən saxlanılan şəxs məhkəməyə çıxarılıb.
Məhkəmənin qərarı ilə o, 100 manat məbləğində cərimələnib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 İyun 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















