Icma.az
close
up
RU
Atlar və eşşəklər niyə azalır? Komitə sədrindən CAVAB

Atlar və eşşəklər niyə azalır? Komitə sədrindən CAVAB

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda kənd təsərrüfatında istifadə olunan heyvanların (at, eşşək) sayı azalıb.

2025-ci ilin əvvəlində ölkəmizdə 49442 baş at olub. Bu göstərici 2023-cü illə müqayisədə 3600 baş azdır. Yəni, bir ildə Azərbaycanda atların sayı təxminən 7 faiz azalıb. 

Eşşəklərin sayında da azalma davam edir.2025-ci ilin əvvəlində 12709 baş eşşək olub. Bu göstərici ötən illə müqayisədə 2215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə həmsöhbət olub.

Onun sözlərinə görə, kənd təsərrüfatında istifadə olunan minik heyvanlarının sayının azalması təbiidir:

“Vaxtilə texnikanın, avadanlıqların çatışmadığı bir vaxtda belə heyvanlardan istifadə olunması zərurətə çevrilirdi. Sözsüz ki, bu da müəyyən qədər işlərin nizamlanmasına kömək edirdi. Ancaq artıq dövr dəyişir, ev heyvanları kənd təsərrüfatında daha az sayda istifadə olunur. Ona görə də onun saxlanılmasına, istifadə edilməsinə ehtiyac duyulmur və heyvanların sayı azalır”.

T.Rzayev bildirib ki, digər tərəfdən həmin heyvanların saxlanılması, yemlə təmin olunması xeyli çətindir:

“Onlara qulluq, baytar xidməti lazımdır. Ona görə də insanlar artıq ehtiyac hiss etmirlər. Bu gün müasir texnologiyalar,maşınlar, avadanlıqlar, mexanizmlər var. Onlar kənd təsərrüfatında insanların işinə daha yaxşı yarayır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri