Icma.az
close
up
RU
Komitə sədrindən Zatulinə SƏRT CAVAB

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə sadiqliyini bəyan edib və bu mövzuda daim prinsipial mövqe nümayiş etdirib. Otuz il işğaldan əziyyət çəkən Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi də məhz bu prinsipial xəttin tərkib hissəsidir. 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin əsassız və məntiqdən uzaq açıqlaması reallığı əks etdirməyən, dəyərsiz söz yığınından başqa bir şey deyil”, - deyən Şahin İsmayılov qeyd edib ki, Azərbaycan uzun illərdir balanslaşdırılmış, çoxşaxəli və müstəqil xarici siyasət kursu yürüdür. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi siyasət ölkəmizin milli maraqlarına xidmət edir. 

Komitə sədri qeyd edib ki, heç bir ölkə və ya hər hansı qüvvə Azərbaycana öz iradəsini diqtə edə bilməz. Ölkəmiz bu gün beynəlxalq münasibətlər sistemində güclü aktor kimi mövqelərini möhkəmləndirir. Dünyanın bir nömrəli ölkəsi olan ABŞ Azərbaycana və onun Prezidentinə hörmətini ifadə edir və ölkəmiz ilə strateji əməkdaşlıq əlaqələri qurur. Bu xüsusda, Zatulinin Azərbaycan-ABŞ münasibətlərinə dair qeydinin də heç bir əsası yoxdur. 

“Azərbaycan torpaqlarının işğalı dövründə separatçılarla isti münasibəti ilə seçilən Zatulin bu illər ərzində daim özünün iqtisadi maraqları qarşılığında Azərbaycana qarşı böhtan xarakterli çıxışlar edib, Qarabağa olan qeyri-qanuni səfərləri ilə diqqət çəkib”.

Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə bəyan etdiyini söyləyən Şahin İsmayılov bildirib ki, Vətən müharibəsinin son günündə Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurduğu zaman etdiyi davranışın eynisini də Rusiya tərəfindən gözləyir. Bu, ölkəmizin, xalqımızın haqlı mövqeyidir və tələbidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri