Atletiko Qonsalesi transfer etməyə tələsmir
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Atletiko" klubda icarə əsasında çıxış edən "Yuventus"un vingeri Nikolas Qonsalesin transfer hüquqlarına birdəfəlik sahib olmaqla bağlı yekdil qərara gələ bilmir.
QOL.az xəbər verir ki, "Calciomercato" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisi 27 yaşlı futbolçunu mövsümün sonunda 32 milyon avro qarşılığında transfer etmək hüququna malikdir. Lakin klub rəhbərliyi arasında bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb.
Məlumata görə, müqavilədəki məcburi satınalma bəndi yalnız o halda qüvvəyə minəcək ki, Qonsales mövsüm ərzində oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olsun. Hazırda klubun heyətində 27 matça çıxan vinger cəmi 3 qol vura bilib.
Xatırladaq ki, argentinalı futbolçunun "Yuventus"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. "Transfermarket" portalı onun bazar dəyərini 24 milyon avro qiymətləndirir. Bu isə Madrid klubunun ödəməli olduğu məbləğdən (32 mln) xeyli aşağıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Mart 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















