“Atletiko” transfer bazarını genişləndirir
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın “Atletiko” futbol komandası transfer siyasətində yeni istiqamətlərə üz tutub.
İdman.Biz xəbər AS nəşrinə istinadən verir ki, Madrid təmsilçisi son dövrdə daha əvvəl klub tarixində az və ya heç təmsil olunmayan ölkələrdən futbolçularla heyətini gücləndirib.
Conatan Devid “Atletiko” tarixində Kanada millisinin ilk futbolçusu olub. Hücumçu La Liqada keçirdiyi üç oyunda üç qol vurub. Conni Kardoso isə klub tarixində ABŞ-ni təmsil edən ilk oyunçu kimi diqqət çəkib.
Kanq-in Li Cənubi Koreyada “Atletiko”ya böyük maraq yaradıb. Onun formaları Seulda satışa çıxarılıb və mövsümöncəsi səfər zamanı ehtiyatlar tükənib. Klub koreyalı futbolçunun texnikasını, oyun görmə qabiliyyətini və sol ayaqla zərbələrini yüksək qiymətləndirir.
Komandada həmçinin David Hantsko Slovakiyanı, Yan Oblak Sloveniyanı, Aleksander Sörlot Norveçi, Morten Hyulmand isə Danimarkanı təmsil edir. Ademola Lukman isə “Atletiko” tarixində Nigeriyadan olan ikinci futbolçudur.
Mənbə qeyd edir ki, klub Premyer Liqa ilə maliyyə baxımından rəqabətin çətinləşdiyi şəraitdə Cənubi Koreya və Şimali Amerika kimi bazarlarda mövqeyini gücləndirməyi həm idman, həm də kommersiya baxımından yeni inkişaf istiqaməti kimi görür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Oktyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















