Icma.az
close
up
RU
ATM rəhbəri Qlobal Beyin Mərkəzləri Forumunda “yaşıl subsidiyalar”a keçiddən danışıb

ATM rəhbəri Qlobal Beyin Mərkəzləri Forumunda “yaşıl subsidiyalar”a keçiddən danışıb

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə keçirdiyi Qlobal Beyin Mərkəzləri Forumunda iştirak edib. Mərkəz direktoru “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) adlı Forumun “Qlobal iqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar və innovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzusunda keçirilən sessiyasında çıxış edib, yaşıl maliyyələşmənin kənd təsərrüfatında tətbiqi məsələlərindən danışıb.
Newscenter.az xəbər verir ki, direktor “yaşıl subsidiyalar”a keçid prinsiplərinə diqqət çəkib, bildirib ki, gələn ildən ölkəmizdə subsidiyaların verilməsində differensial yanaşmanın tətbiqi nəzərdə tutulur. Bu yanaşmaya görə, pivot suvarma tətbiq edən fermerlər digər suvarma üsullarından istifadə edən fermerlərlə müqayisədə daha çox subsidiya alacaqlar.

Bu sessiyada ümumilikdə yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmləri və maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi məsələləri müzakirə edilib.
Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak ediblər.
Forum çərçivəsində yaşıl iqtisadiyyat modeli - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. Forum iştirakçıları karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.
Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri