Icma.az
close
up
RU
ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 iyun, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti iyunun 7-8-də keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Beyin Mərkəzləri Forumunda geniş tərkibdə təmsil olunub. “Qlobal transformasiya dövründə Şanxay Əməkdaşlıq Təşkilatı: Çağırışlarla üz-üzə və irəliyə doğru” mövzusunda keçirilən forum Şanxay Siyasi Elmlər və Hüquq Universiteti (SHUPL), Çinin ŞƏT üzrə Beynəlxalq Mübadilə və Məhkəmə Əməkdaşlığı Milli İnstitutu, Çin Beynəlxalq Araşdırmalar İnstitutu və ŞƏT Araşdırmaları üzrə Çin Mərkəzi tərəfindən birgə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Forumun birinci günündə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “ŞƏT-in inkişaf perspektivləri” mövzusunda plenar sessiyada geniş təqdimatla çıxış edib. O, ŞƏT-in çoxtərəfli əməkdaşlıq və diplomatiya üçün mühüm platforma olduğunu bildirərək təşkilatın genişlənməsi fonunda qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. F.Şəfiyev qeyd edib ki, ŞƏT-ə üzvlük Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna uyğun olaraq ölkəyə mühüm iqtisadi, siyasi və strateji imkanlar vəd edir.

Forumun ikinci günündə BMTM və Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin (SHUPL) birgə təşkilatçılığı ilə “Çin və Cənubi Qafqaz: İpək Yolunun Birgə Dirçəldilməsi” mövzusunda paralel tədbir keçirilib. Çin ŞƏT Araşdırmaları Mərkəzinin təsisçi baş katibi Çen Yurunqun moderatorluğu ilə baş tutan tədbirdə BMTM, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu, Şanxay Sosial Elmlər Akademiyası və Fudan Universitetinin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Cənubi Qafqazın Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsində, eləcə də müasir İpək Yolunun inkişafında artan rolu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən strateji nəqliyyat və ticarət dəhlizlərinin mühüm qovşağı kimi mövqeyinin möhkəmləndiyini, həmçinin regional miqyasda orta güc statusuna doğru irəlilədiyini diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən C6 formatının praqmatik və nəticəyönümlü təşəbbüslər vasitəsilə beynəlxalq əhəmiyyətinin artdığını vurğulayıb.

Daha sonra çıxış edən BMTM ekspertləri Yunis Qurbanov, Roza Bayramlı, Vüsal Quliyev və Nurad Məmmədov Azərbaycanın milli maraqlara əsaslanan, tərəfdaşlıq və əməkdaşlığın təşviqinə yönəlmiş xarici siyasəti, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı, Azərbaycan-Çin yaşıl enerji tərəfdaşlığı, eləcə də infrastruktur layihələri və xalqlararası əlaqələrin inkişafının İpək Yolunun yenidən canlandırılmasındakı rolu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Forum çərçivəsində həm də son 25 ildə ŞƏT-in institusional inkişafı və əldə etdiyi nailiyyətlər, Mərkəzi Asiyanın təşkilat daxilindəki mövqeyi və əməkdaşlıq perspektivləri, eləcə də ŞƏT-in gələcək inkişaf istiqamətləri və strateji baxışı əsas müzakirə mövzuları sırasında olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri