ATMU beynəlxalq layihədə təmsil olunub
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı, dosent Bahadur Bilalov ORHUN proqramı çərçivəsində Yusub Balasaqunlu adına Qırğızıstan Milli Universitetində (QMU) mühazirələr oxuyub.
ORHUN Mübadilə Proqramı - türk dövlətləri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, tələbə və akademik heyətin qarşılıqlı mübadiləsini təşviq etmək üçün yaradılmış beynəlxalq bir platformadır. Proqram, Türk Universitetləri Birliyi (TÜRKÜNİB) çərçivəsində həyata keçirilir və əsas məqsədi gənc nəslin, alim və mütəxəssislərin türk dünyasının ortaq dəyərləri əsasında yetişməsini təmin etməkdir.
XI əsr Qırğız mütəfəkkiri Balasaqanlı Yusubun adını daşıyan QMU ölkənin ən qədim və ən böyük dövlət ali təhsil müəssisəsidir. Təhsil müəssisəsi 25 oktyabr 1925-ci ildə Qırğız Təhsil İnstitutu kimi fəaliyyətə başlayıb. Universitetdə Tibb, Hüquq, İqtisadiyyat, Beynəlxalq Münasibətlər, İT və Humanitar elmlər daxil olmaqla 19 fakültə, həmçinin müxtəlif institut və kolleclər fəaliyyət göstərir. Filialları ilə birlikdə 40 minə yaxın tələbəyə malikdir.
Səfər çərçivəsində dosent Bahadur Bilalov QMU-nin rektoru, professor Dogdurbek Çontoyev tərəfindən qəbul edilib. Qəbulda QMU Beynəlxalq əlaqələr departamentinin rəhbəri Bakıt Torobekoviç, Coğrafiya, Ekologiya və turizm fakultəsinin dekanı, dosent Rıskul Toktorova, Turizm, Rekreasiya Coğrafiyası və Ekologiya kafedrasının müdiri, dosent Narınbek ulu Kurmanbek iştirak ediblər. Görüşdə ali məktəblərin fakultələri arasında sıx əməkdaşlığın yaradılması, birgə elmi konfranslar və s. haqqında fikir mübadiləsi aparılıb və razılıq əldə olunub.
ORHUN proqramının tələblərinə və kafedra rəhbərliyinin arzusuna uyğun olaraq dosent Bahadur Bilalov, turizm ixtisasının 1-3-cü kurs tələbələri üçün müxtəlif mövzularda mühazirələr oxuyub, tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Səfər çərçivəsində dosent Bahadur Bilalov Qırğızıstanın ən məşhur tarixi və mədəni abidələrindən biri olan Burana Qülləsinin ərazisində yerləşən Respublika Muzey Kompleksini ziyarət edib. Qeyd edək ki, Böyük İpək Yolu üzərində qurulmuş kompleks X-XII əsrlərdə Qaraxanlılar dövlətinin paytaxtı olmuş qədim Balasaqun şəhərinin qalıqları üzərində fəaliyyət göstərir.
Ala-Arça Təbiət Parkı da ziyarət edilib. Park Qırğızıstanın Tyan Şan dağlarındakı Ala-Too silsiləsində, paytaxt Bişkekdən təxminən 35 km cənubda yerləşən alp milli parkıdır. 1976-cı ildə yaradılıb, hazırda 16485 hektar ərazini əhatə edir və həm yerli əhali, həm də turistlər üçün populyar istirahət, yürüş (hiking) və alpinizm mərkəzidir.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















