Icma.az
close
up
RU
ATMU İsveçdə keçirilən beynəlxalq tədbirdə

ATMU İsveçdə keçirilən beynəlxalq tədbirdə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Turizm və Menecment Universiteti Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçdə keçirilən genişmiqyaslı beynəlxalq tədbirdə iştirak edib. İsveçin Kral Texnologiya İnstitutunda  baş tutan beynəlxalq tədbirdə ATMU-nu universitetin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı təmsil edib. Tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda innovativ yanaşmanın təkmilləşdirilməsi olub.

Görüşün ilk günündə layihənin əsas məqsədləri və perspektivləri ətraflı müzakirə olunub. İsveçin sahibkarlıq təhsili sahəsindəki təcrübəsi diqqətə çatdırılıb. Gənclər arasında sahibkarlıq bacarıqlarının və innovativ düşüncə tərzinin inkişaf etdirilməsinə dair tətbiq olunan strategiyalar haqqında məlumat verilib.

Sonrakı günlərdə İspaniya, Portuqaliya, Polşa və Estoniyadan olan ekspertlər öz ölkələrinin ali təhsildə təşəbbüskarlıq və innovativ yanaşmalarına dair təcrübələri barədə xüsusi təqdimatlarla çıxış ediblər. Daha sonra bu təqdimatlar əsasında müzakirələr baş tutub.

Səfər zamanı Azərbaycan ali təhsil məkanı üçün innovativlik strategiyasının hazırlanması və müvafiq istiqamətlər üzrə mükafatların təsis edilməsi ilə bağlı müzakirələr aparılıb, komandalar formalaşdırılıb, eləcə də komandaların iş planı təsdiqlənib.

ATMU-nun bu tədbirdə təmsil olunması universitetin beynəlxalq fəaliyyət dairəsinin genişlənməsinin, akademik əməkdaşlıq imkanlarının artmasının və innovativ tədris yanaşmalarının inkişafına verdiyi töhfənin göstəricisidir. Bu tədbir ATMU-nun beynəlxalq aləmdə nüfuzunun artmasına, elmi arenada tanınmasına, rəqabətqabiliyyətliliyinin daha da yüksəldilməsinə və təhsil sistemində yeni yanaşmaların tətbiqinə zəmin yaradır. Həmçinin Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin təcrübəsinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin koordinatoru Mingəçevir Dövlət Universitetidir. 

Layihənin Azərbaycandan olan tərəfdaşları ATMU ilə yanaşı Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır. Layihənin Assosiativ tərəfdaşları Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və Azərbaycan HR İnstututudur.

Layihənin Avropa İttifaqından olan tərəfdaşları İsveçin KTH Kral Texnologiya Universiteti, Portuqaliyanın Lissabon Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti və Polşanın WSG Universitetidir.

Z.HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri