Icma.az
close
up
RU
ATMU nümayəndəsi Orhun mübadilə proqramında iştirak edib

ATMU nümayəndəsi Orhun mübadilə proqramında iştirak edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Turizm işi kafedrasının müəllimi İranə Axundova Orhun Mübadilə Proqramı çərçivəsində Doğu Akdeniz Universitetində (DAU) akademik mübadilədə iştirak edib.

Səfər çərçivəsində müəllim DAU-nin müvafiq akademik və inzibati nümayəndələri ilə görüşlər keçirib, universitetlərarası əməkdaşlığın inkişafı və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Tədris olunan əsas mövzulardan biri “Davamlı Regional İnkişafda Ağıllı Turizm Məkanlarının Strateji Rolu” olub. Dərs zamanı ağıllı turizm məkanlarının regional inkişafda rolu, rəqəmsal texnologiyaların turizm sektorunda tətbiqi, turizm destinasyonlarının səmərəli idarə olunması və dayanıqlı inkişafın təmin edilməsi məsələləri tələbələrin diqqətinə çatdırılıb. Dərslər interaktiv formada keçirilib, tələbələrlə mövzular ətrafında fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Səfər zamanı, həmçinin ATMU ilə Doğu Akdeniz Universiteti arasında tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi konfrans və digər akademik tədbirlərin təşkili imkanları müzakirə olunub.

İ.Axundova Doğu Akdeniz Universitetinin Tanıtım və Kurumsal İletişimdən məsul rektor yardımçısı professor Ali Öztüren, beynəlxalq əlaqələr üzrə rektor müşaviri Cahit Ezel, Turizm Fakültəsinin dekanı İlkay Yorgancı Maloney və Turizm Fakültəsinin staj koordinatoru və müəllimi Koral Karamanoğlu ilə də görüşüb.

Səfər çərçivəsində o, Şimali Kiprin Famaqusta şəhərində yerləşən Maraş bölgəsi və tarixi Kaleiçi ərazisi ilə də tanış olub. Ziyarət zamanı bölgənin tarixi-mədəni irsi, şəhərin tarixi memarlığı və turizm potensialı ilə bağlı məlumat əldə edib.

Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk Universitetləri Birliyi (TÜRKÜNİB) çərçivəsində həyata keçirilən beynəlxalq akademik mübadilə proqramıdır. Proqram türk dünyasının ali təhsil müəssisələri arasında tələbə və akademik heyət mübadiləsinin təşviq edilməsinə, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xidmət edir.

İranə Axundovanın Doğu Akdeniz Universitetində akademik fəaliyyəti ATMU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi, turizm təhsili sahəsində müasir yanaşmaların paylaşılması və iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın yeni istiqamətlərinin formalaşdırılması baxımından əhəmiyyətli olub.

Doğu Akdeniz Universiteti (DAU) Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Famagusta şəhərində yerləşən, beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisələrindən biridir. Universitet müxtəlif ölkələrdən tələbə və akademik heyəti bir araya gətirərək təhsil, elm, beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin inkişafına mühüm töhfə verir. DAU xüsusilə turizm, qonaqpərvərlik, biznes, mühəndislik, memarlıq və digər istiqamətlər üzrə geniş akademik imkanlara malikdir.

Z.HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri