ATMU nümayəndəsi Aktauda keçirilən beynəlxalq simpoziumda
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin Elmi tədqiqatlar bölməsinin rəhbəri, Turizm işi kafedrasının dosenti Novruz Quliyev Qazaxıstanın Aktau şəhərində keçirilən simpoziumda iştirak edib. Yeseonov adına Universitetin təşkilatçılığı ilə baş tutan “Xəzəryanı Ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının simpoziumu” çərçivəsində XXVIII Baş Assambleyanın işi təşkil olunub.
Tədbirdə Assosiasiyanın üzvü olan Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın universitet və elmi-tədqiqat mərkəzlərinin, həmçinin dövlət orqanlarının və təhsil təşkilatlarının nümayəndələri bir araya gəliblər. Simpoziumun əsas məqsədi Xəzəryanı ölkələrin təhsil və elmi mərkəzləri arasında beynəlxalq əməkdaşlığı möhkəmləndirmək və regionun davamlı inkişafına töhfə verməkdir.
Görüşün nəticəsi olaraq akademik və ekspert əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, yeni memorandum və sazişlərin imzalanması daxil olmaqla, birgə qərarların hazırlanması və əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə növbəti konkret addımlar müəyyən edilib.
Tədbirin yekununda ATMU nümayəndəsi N.Quliyev Assosiasiyanın formalaşmasında və inkişafında göstərdiyi əhəmiyyətli fərdi töhfəyə görə Həştərxan Dövlət Texniki Universitetinin rektoru tərəfindən təltif olunub.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Oktyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















