Icma.az
close
up
RU
“Attestasiya müəyyən sahənin inkişafına səmərəli təsir göstərir”

“Attestasiya müəyyən sahənin inkişafına səmərəli təsir göstərir”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Mən 60 ilə yaxın müəllimlik fəaliyyətimdə 2-3 ildən bir attestasiyanın keçirildiyini görmüşəm. Düşünürəm ki, bu proses mütləq olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri görkəmli tarzən, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsinə münasibət bildirərkən deyib.

Professor bildirib ki, attestasiya olmadan inkişaf prosesi gedə bilməz:

“Attestasiya hər hansı bir sahənin inkişafına səmərəli təsir göstərir. Bu gün Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif yaddaqalan tədbirlər, forumlar, müsabiqə və festivallar keçirilir. Bu müsabiqələrdə musiqi məktəblərinin şagirdləri iştirak edir. Müəllimlər şagirdlərinə sənətin sirlərini daha yaxşı mənimsədə bilsələr, onlar da bu müsabiqələrdə yüksək nailiyyətlər qazanarlar. Çünki sənət səhnəni, nümayişi sevir.

Əvvəllər müəllimlərin şagirdlərə bilik aşılaması üçün lazım olan dərsliklər və dərs vəsaitləri olduqca az idi. Ancaq indiki dövrdə yeni-yeni dərs vəsaitləri nəşr olunur. Şəxsən mənim özüm 20-yə qədər dərslik nəşr etdirmişəm. Hazırda aktual mövzulardan biri də ixtisasartırma kurslarını genişləndirməkdir. Bu sahədə elə mütəxəssislər var ki, onların təcrübələrindən bəhrələnmək lazımdır”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva isə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan pedaqoqların attestasiyanın keçirilməsinə ehtiyac olduğunu bildirib:

“Bir sıra beynəlxalq və respublika müsabiqələrində münsiflər heyətinin üzvü və sədri kimi bilavasitə məktəblərin məzunları və şagirdlərlə ünsiyyətdə olur, onların ifalarını dinləyirəm. Bizim çox istedadlı tələbə və şagirdlərimiz var. Lakin onların bəzilərini dinləyəndə bilik və bacarıqlarının yetərli səviyyədə olmadığını görünür. Düşünürəm ki, bədii təhsil ocaqlarının birinci sinfindən başlayaraq bu istedadları düzgün inkişaf etdirmək lazımdır. Əgər müəllimin bacarığı və biliyi kifayət qədər deyilsə, bu uşaqlar nəinki öyrənmirlər, hətta onların gələcəyi sual altında qalır. Müəllimlərin professional səviyyəsini yüksəltmək lazımdır. İxtisasartırma kursları keçmək, mütəmadi ustad dərsləri təşkil etmək və s. vasitələrlə buna nail olmaq mümkündür. Mən ona görə attestasiyanın keçirilməsinə çox müsbət baxıram. Azərbaycanın ən təcrübəli müəllimləri bu prosesdə ekspert qismində iştirak edəcək. Mən və akademiyanın bütün müəllimləri var gücümüzlə bu işə köməklik göstərməyə hazırıq”.

Fotoda:Nərminə Quliyeva

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək. İlk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri