Icma.az
close
up
RU
Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...

Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bugünlərdə Mədəniyyət Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyası prosesindən uyğun nəticəsi olmayan müəllimlərin müsahibələri, fikirləri geniş tirajlanır.

Bəziləri deyir ki, bəs Mədəniyyət Nazirliyinin əsas məqsədi müəllimləri kəsməmək deyildi?

Niyə 1760 müəllimin 492-si uyğun hesab olunmadı?

Attestasiya komissiyasnın sədri, Bakı Musiqi Akademiyasının professoru, fortepiano kafedrasının dekanı Nəzakət Rimazi deyir ki, əslində müəllimlərə güzəşt edilib.

"Əgər attestasiya zamanı biz müəllimlərə verilən suallarda, onların ifası ilə bağlı tapşırıqlarda güzəştə getməsəydik, ən azı uyğun olmayan müəllimlərin faizi indiki kimi -25-26 faiz deyil, 56-60 faiz olard", - o qeyd edib.

Attestasiya komissiyasının üzvü, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin müəllimi Muxtar Abseynov isə qeyd edir ki, əgər onun iştirak etdiyi komissiyanın niyyəti müəllimləri kəsmək olsaydı, hər üç müəllimdən ikisi bu imtahanda keçməməli idi: "Təəssüflə deməliyəm ki, biz bir çox hallarda müəllimlərin attestasiyadan keçməsi üçün onlara güzəşt edərək, daha asan suallar verir və əsərlərin səsləndirilməsini təklif edirdik".

Bu təxminən 50 nəfərlik komissiya üzvünün ancaq ikisinin rəyidir. Bəs, niyə musiqi məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan deyil? Gəlin səbəbləri araşdıraq.

Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası istisna olmaqla 211 musiqi, incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 57 min nəfər şagird təhsil alır. 57 min şagirdə 13 min müəllim dərs keçir. Bunlar təkcə statistika deyil, həm də dərindən aparılan araşdırmanın təsbit etdiyi mifdir! Bəli məhz mif!

Əgər həqiqəti bilsək, bu məktəblərdə oxuyan uşaqların ən yaxşı halda 60%-i dərslərə gəlir, digər qalanı isə ancaq 5 ildən sonra şəhadətnamə alanda məktəbdə peyda olur. Bundan isə həm müəllim xoşbəxtdir, həm də məktəb direktoru...

Hər bir uşağa isə dövlətimiz nə az, nə çox 3700 azn pul xərcləyir. Bu orta məktəbdə oxuyan şagirdə düşən xərcdən təxminən 2 dəfə çoxdur. Təsəvvür edin, əgər bir musiqi məktəbində 300 uşaq təhsil alırsa və bunun 180 nəfəri demək olar ki, dərsə ancaq 1-ci il və bir də 5-ci və ya 7-ci ilin sonunda gəlirsə bu nə deməkdir? Bu təxminən hər il 600 min manat dövlət pulunun boşa xərclənməsidir. Yer gəlmişkən, keçilməyən dərs, həm də dərs keçməyən müəllim deməkdir.

Attestasiyanın “qəhrəmanı”, gəncəli müəllim Günay xanımın dediyi keçməyən müəllimlərin “çörəkpulu” məsələsi isə bir çox hallarda alın təri ilə qazanılan halal qazanc deyil, faktiki mövcud olmayan dərslərin aylıq “məvacibləridir”. Bu vəziyyətdən həm müəllim, həm də musiqi məktəbinin direktoru da qazanır. Məsələn, 24 saat (2 stavka) dərs deyən müəllimin orta aylıq əməkhaqqı 850 AZN-dir. Attestasiyadan keçməyən müəllimlərin 50 faizdən çoxunun dərs saatı 2 stavkadan çoxdur. Başqa bir fakt. Ötən il Gədəbəyin Zəhmətkənd musiqi məktəbində aparılan yoxlama zamanı, cəmi 200 nəfər “şagirdi” olan bu məktəbdə korrupsiyanın miqdarı 1 milyon manata yaxın idi. Deməli, keçilməyən dərs, korrupsiya ilə qazanılan milyonlar, məktəbə gəlməyən uşaq və müəllim, uduzan musiqi təhsilimiz, mədəniyyət... Sosial  medianın klik qəhrəmanları isə insanlara yalanı qışıqıraraq, pafosla elə söyləyirlər ki, bəzən adamları inandıra bilirlər.

Başqa bir fakt. Bu yaxınlarda attestasiyadan keçməyən müəllimlərin şikayətlərini  araşdırarkən çox unikal bir fakt üzə çıxdı. Deməli, attestasiyadan kəsilən müəllim,  Mədəniyyət Nazirliyinə məktəb direktorundan şikayət yazıb. Şikayətdə bildirir ki, filankəs direktor onun əmək müqaviləsinə xitam verib və sair. Maraqlısı budur ki, həmin direktor 2018-ci ildə, yəni 7 il əvvəl rəhmətə gedib. Buradan aydın olur ki, şikayətçi müəllim 2018-ci ildə vəfat etmiş direktorundan hələ də xəbəri yoxdur.

Burada yekunlaşdıraraq, növbəti anonsu veririk...

Musiqi məktəblərində “Borsunlu keysi”...

Modern Təhlil və Araşdırma Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri