Icma.az
close
up
RU
Attestasiyadan kəsilən musiqi müəllimləri yenidən İŞLƏYƏ BİLƏCƏK

Attestasiyadan kəsilən musiqi müəllimləri yenidən İŞLƏYƏ BİLƏCƏK

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə səriştə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə mərhələlərlə müəllimlərin attestasiyasının keçirilməsinə başlanılıb. 
Cari ilin fevral-iyul aylarında keçirilmiş attestasiya prosesi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələrinin tabeliyindəki məktəblərdə, habelə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində çalışan 3900-a yaxın müəllimi əhatə edib. 
Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib. Həmin müəllimlərin dərs saatları məktəbin digər müəllimləri arasında bölünüb və ya əvəzçilik üzrə tədris olunub. 
Eyni zamanda, attestasiyadan kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Xüsusi müsabiqə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq keçiriləcək və müəllim müsabiqədə uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək.
Qeyd etmək lazımdır ki, 2015/2016-cı tədris ilindən etibarən Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.
2022-ci ildən başlayaraq müsabiqə 2 mərhələdən – Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən test və müsahibə mərhələsindən ibarət olaraq təşkil edilir, Hər iki mərhələ üzrə tələb olunan keçid balını toplamış namizəd uğur qazanmış hesab edilir və onun təyinatı ilə bağlı qərar verilir. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri