Icma.az
close
up
RU
Xaricdə attestatla təhsil TƏLƏSİ

Xaricdə attestatla təhsil TƏLƏSİ

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbul imtahanlarında kəsilənlərin əksəriyyəti ənənəvi olaraq "xaricdə attestatla təhsil" almaq yolunu seçirlər. Bu seçim get-gedə kütləvi xarakter alır. Amma bu yolu seçənlər özlərini ciddi risklərlə də üz-üzə qoyurlar.

Ali məktəblərə qəbul olan məzunlar tələbə adını qazanmalarına görə nə qədər sevindilərsə, bu siyahıda yer almayanlar da bir o qədər kədərləndilər. İmtahanlarda kəsilənlərin əksəriyyəti ənənəvi olaraq "xaricdə attestatla təhsil" almaq yolunu seçirlər. Bu seçim get-gedə kütləvi xarakter alır. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına daha ciddi hazırlaşaraq, növbəti ildə istədikləri nəticəni əldə edə biləcəkləri, yəni daha məntiqli addım ata biləcəkləri halda bilərəkdən özlərini tələyə salırlar.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu günlərdə abituriyentlərə və onların valideynlərinə müraciəti də gələcəkdə yaranacaq problemlərin qarşısını almağa yönəlib. Çünki onlar diplomun tanınmaması, təhsilin yarımçıq qalması və s. ciddi fəsadlarla üz-üzə qalırlar. Agentliyin müraciəti də valideyn və abituriyentləri ayıq-sayıq olmağa çağırır: "Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır". Problem millət vəkillərini də, təhsil mütəxəssislərini də narahat edir.

"Təhsil sahəsində də dəllallıqla məşğul olanlar var"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, ümumiyyətlə bu tendensiya illərdir mövcuddur: "Təəssüf ki, bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də dəllallıqla məşğul olanlar var. Onlar davamlı olaraq xaricdə attestatla qəbulla bağlı elanlar yayır, gənclərimizi xaricə oxumaq üçün göndərirlər. Bir sıra hallarda insanları aldadır, onları düzgün məlumatlandırmırlar. Hazırkı dövrdə belə universitetlərin sayı artıb. Nəticədə gənclərin bir hissəsi sonrakı dönəmlərdə ciddi problemlərlə üzləşirlər. Bizim də tövsiyəmiz ondan ibarətdir ki, valideynlər və gənclər belə elanlara aldanmamalı, ehtiyatlı olmalı, bu cür dəllalların qurbanı olmamalıdırlar". Millət vəkili bildirir ki, xaricdə bu yolla təhsil alan gənclərin əksəriyyəti ölkəyə qayıtdıqdan sonra ciddi problemlə üzləşirlər. Bəziləri Azərbaycan universitetlərinə transfer olunmaq istəsələr də, bu, alınmır. Gələcəkdə onların diplomlarının tanınması ilə bağlı da ciddi problemlər yaranır: "Gənclər Azərbaycanda həm diplomlarını tanıda, həm də iş tapa bilmirlər. Onların bir hissəsi də universitetdə təhsillərini bitirib qayıda bilmirlər".

"Biz ciddi şəkildə valideynlərə tövsiyə edirik ki, tələsməsinlər"

Deputatın fikrincə, bəzən valideynlər övladlarını hərbi xidmətdən yayındırmaq üçün, bəzən də həddən artıq ali təhsilə meyl etdiklərindən bu addımı atırlar: "Təbii ki, ali təhsil almaq yaxşıdır, amma əgər uşağın potensialı yoxdursa, ali təhsilə yönəlməsi gələcəkdə valideynlər üçün problem yaradacaq. Artıq ali məktəblərə qəbul bitmək üzrədir. Xaricdə təhsilə yönləndirənlər bilirlər ki, Azərbaycan universitetlərinə qəbul ola bilməyən gənclərin bir qismi öz istəkləri və ya valideynlərinin təkidi və təşviqi ilə xaricdə oxumağa yönəlirlər. Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı gənc təhsil alır. Bu, kifayət qədər böyük rəqəmdir. Onların çoxu da diplomla təhsil alanlardır və əksəriyyəti sonrakı dövrdə ciddi çətinliklər yaşayırlar. Ona görə biz ciddi şəkildə valideynlərə tövsiyə edirik ki, tələsməsinlər. Əgər uşaq ali təhsil ala bilmirsə, peşə təhsili ala bilər. Valideynlər dövlət qurumlarının çağırışlarına əməl etməlidirlər. Onlar övladlarını göndərdikləri universitetləri ciddi şəkildə araşdırıb bu ali məktəblərin gələcəkdə nə dərəcədə övladlarına faydalı ola biləcəyinə əmin olmalıdırlar. Valideynlər çalışmalıdırlar ki, bu cür tələlərə düşməsinlər. Əgər tələbələr qayıdıb ölkədə işləmək istəyirlərsə, bu məqamlara diqqət yetirməlidirlər". Millət vəkili bildirir ki, həmin gənclər ölkəyə döndükdən sonra diplomlarını təsdiqlədə bilmirlər və ondan sonra dövlətdən narazı qalırlar: "Əslində bu məsələdə günah dövlətdə deyil. Hesab edirəm ki, vətəndaşlarımız maksimal dərəcədə diqqətli olmalıdırlar. Hər ali məktəbdə təhsil almaq olmaz. Öz ölkəmizdə də yaxşı universitetlər var. Gənclər peşə təhsilinə üz tutsalar, bu, onların gələcəkdə uğur qazanması üçün də önəmli seçim olar".

Tələbə dolayı yollarla qiymət alarsa...

ADA Universitetinin professoru Gülməmməd Məmmədov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xəbərdarlığını vacib hesab edir: "Xaricdə akkreditasiyadan keçməmiş, öz ölkələrində tanınmayan universitetlər tələbələri qəbul edir, onlara diplomlar verirlər. Bizim dövlətin də müəyyən şərtləri var. Diplomlar müəyyən çərçivələr daxilində tanınmalıdır".

G.Məmmədovun fikrincə, bizim cəmiyyətdə attestatla qəbula mənfi baxılır, amma xaricdə kifayət qədər nüfuzlu universitetlər də var ki, tələbələri bu sənədlə qəbul edirlər: "Bu, "Açıq qapı" prinsipi ilə həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə ödəniş edərək, dərslərə davam edirlər. Dərslərdən müvəffəqiyyətlə keçəndə kreditlər toplayıb sonda o şərtlərə cavab versələr, diplom alırlar. Amma bunu edən universitetlər əslində yüksək etik standartlarla fəaliyyət göstərən ali məktəblər olmalıdır ki, onların tədris prosesinə etibar edəsən. Bütün universitetlər isə belə deyil. Tələbə hansısa dolayı yollarla qiymət ala bilərsə, universitetin belə tələbə qəbul etməsi yaxşı hal deyil. Ona görə valideyn və abituriyentlər diqqətli olmalıdırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Avqust 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see329

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see256

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see161

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see148

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see136

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see133

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see129

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see129

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see128

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see125

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see122

Dünyada buğdanın qiyməti çökdü

14 Oktyabr 2025 15:36see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri