Icma.az
close
up
RU
Attila Çarnai: TDT qardaş xalqlar arasında regional dialoq üçün mühüm platformadır

Attila Çarnai: TDT qardaş xalqlar arasında regional dialoq üçün mühüm platformadır

Icma.az, Azertag saytına istinadən bildirir.

Budapeşt, 7 oktyabr, AZƏRTAC

Qlobal media bu gün Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün nəticələrini müzakirə edir.

Macarıstanlı politoloq və jurnalist Attila Çarnai tədbirlə bağlı baxışını AZƏRTAC-la bölüşüb.

“2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən TDT Zirvə Görüşü Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafında mühüm addımdır. 2018-ci ildən bu təşkilatda müşahidəçi statusuna malik olan Macarıstan üçün Qəbələ görüşü xüsusi əhəmiyyət kəsb edir. Orta Asiyadan coğrafi məsafədə olmasına baxmayaraq, Macarıstan türk ölkələri ilə tarixi və mədəni baxımdan əlaqələri möhkəmləndirməyə çalışır, bunu siyasi dialoq, iqtisadi tərəfdaşlıq və enerji əməkdaşlığı üçün bir fürsət olaraq görür”, - deyə politoloq bildirib.

“Qlobal dəyişikliklər və qeyri-sabitlik fonunda Budapeşt TDT işində iştiraka Avropa İttifaqı, Rusiya və Şərqlə münasibətləri balanslaşdırmağa imkan verən çoxvektorlu xarici siyasətin elementi kimi baxır”, - deyə jurnalist qeyd edib.

Ekspert vurğulayıb ki, Macarıstan təşkilatın humanitar və təhsil təşəbbüslərini fəal şəkildə dəstəkləyir, nəqliyyat və logistika layihələrini inkişaf etdirir, eləcə də xüsusilə Azərbaycan və Türkiyə ilə enerji sahəsində əməkdaşlıq edir.

“Qəbələdə keçirilən Zirvə Görüşü TDT-nin regional dialoq və qonşu xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi platforması kimi artan əhəmiyyətini təsdiqləyib. Macarıstan üçün bu formatda iştirak təkcə diplomatik jest deyil, həm də onun Avropa ilə Türk dünyası arasında birləşdirici halqa rolunu oynamaq istəyini əks etdirən strateji seçimdir”, - deyə Çarnai vurğulayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri