Üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır Nazir
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu görüş üç ölkə arasındakı dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir. Artıq ənənə halını almış belə görüşlərin mütəmadi olaraq keçirilməsi böyük əhəmiyyətə malikdir. Ölkələrimiz arasında dostluq və strateji münasibətlər müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının müdafiə nazirlərinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır.
"Bugünkü görüşümüzdə münasibətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf perspektivləri, həyata keçirdiyimiz tədbirlərin səmərəliliyi, regionda cərəyan edən hərbi-siyasi proseslər, birgə əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Ötən illərdə olduğu kimi, 2026-cı il ərzində də üçtərəfli formatda bir sıra mühüm fəaliyyətlər icra etdik. Biz əməkdaşlığın inkişaf dinamikasından razıyıq, birgə səylərimizlə onu daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik. Vurğulamaq istəyirəm ki, qarşılıqlı hörmət, mehriban qonşuluq münasibətləri və etimada əsaslanan əməkdaşlıq regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir", - deyə Zakir Həsənov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Oktyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















