Audiovizual Şura 3 qanun pozuntusunu aşkar etdi Xəbərdarlıq edildi
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin may, iyun və iyul ayları ərzində aparılmış monitorinqlər nəticəsində 3 qanun pozuntusu faktı aşkar edilib və bu hallar üzrə müvafiq qanunauyğun tədbirlər görülüb.
Demokrat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, bu pozuntulardan ikisi "Media haqqında" Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri isə 38-ci maddəsinin (yayım hüququ) tələblərinin pozulması ilə bağlı olub. Aşkar edilmiş pozuntularla əlaqədar yayımçılara 3 xəbərdarlıq edilib. Bu müddət ərzində cərimə tətbiqi ilə bağlı heç bir protokol tərtib olunmayıb.
Qeyd edilib ki, 2024-cü ilin sonlarından etibarən başlanan və hazırda davam edən audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şura tərəfindən tərtib edilən protokollar əsasında cari ilin ilk altı ayı ərzində platforma operatoru lisenziyasına malik 13 subyekt müvafiq məhkəmə qərarlarına əsasən hər biri 5000 manat məbləğində cərimələnib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:43
Bu xəbər 28 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları