Audiovizual Şura İTVyə xəbərdarlıq etdi
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.
Bu barədə Metbuat.az-a Audiovizual Şuradan məlumat verilib.
İclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.
Müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulmulub.
Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















