Icma.az
close
up
RU
Autizmli uşağın anası: Sevgi ilə yazılan uğur səbr və inamla qazanılan həyatın nəticəsidir

Autizmli uşağın anası: Sevgi ilə yazılan uğur səbr və inamla qazanılan həyatın nəticəsidir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 may, AZƏRTAC

Bəzən həyat bizə elə yol göstərir ki, həmin yolun əvvəlində yalnız qaranlıq görünür. Amma hər addımda, hər nəfəsdə, hər səbr anında o yolun kənarında ümid dolu işartılar görünməyə başlar. Elə bil kainat səni sınağa çəkir və deyir: “Əgər sevirsənsə, dayanma”...

Bir uşağın sükutla danışan baxışlarında gizlənən minlərlə duyğu var. Həmin duyğular ki, sözlərə sığmaz, amma ana qəlbində əks-səda tapar, o da səssizcə... O səssizliyi isə yalnız sevgi ilə pozmaq olar. Autizm – səslərin, rənglərin, toxunuşların fərqli oxunduğu bir dünyadır. Bu dünyanı anlamaq üçün sadəcə baxmaq, görmək, dinləmək, duymaq, yaşamaq deyil, hiss etmək lazımdır. Bəli, sadəcə hiss etmək… AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaq və yeniyetmələr haqqında materiallar silsiləsini davam etdirir. Budəfəki qəhrəmanımız autizm spektr pozuntusundan əziyyət çəkən Talıb Abbaszadədir.

Bəzən duyğularımızı sözlə ifadə etməkdə aciz qalır, susuruq. Bəzən də sükut danışır… Və bir ananın baxışlarında onun qəlbindəki harayı oxuyuruq. Qarşımda əyləşən ana sadəcə övladından danışmırdı, nə də müsahibə xarakterli məqalə üçün cavablar səsləndirmirdi. O, sanki illərdir qəlbində yığılıb qalan duyğularını, susqun fəryadını və ən əsası qürurla boylanan bir hekayəni danışırdı. Gözlərindəki yorğunluq, qəm, kədər bu hekayənin ağırlığını göstərsə də, həyatın sındıra bilmədiyi, ümid dolu baxışları gələcəyə inamından xəbər verirdi . O danışdıqca, otaqda yalnız sözlər deyil, illərin əziyyəti, gecələrin yuxusuzluğu, uşaq təbəssümündə gizlənmiş qalibiyyətlər, gündəlik səbr sınaqları dolaşırdı. O danışdıqca, yazmırdım, sadəcə dinləyirdim. Qələm sadəcə vasitə idi, yazılan isə onun həyatı. Və belə doğuldu bu hekayə - səbrin varlığı ilə…

Talıb Abbaszadənin anası Xəyalə oğlunun autizm sindromlu olmasını öyrənməsindən və o gündən sonra həyatının necə dəyişməsindən danışır: “Oğlum autizm sindromu ilə doğulub. İlk dəfə 2 yaş 8 aylığında bizə bu diaqnoz deyildi – “autizm”. Elə bir söz ki, insanın həyatını dəyişəcək böyük bir gücə malikdir. Gözlərin önündə qurduğun gələcək bir anda sönür. Hər tərəfə sükut çökür, səs-səmir kəsilir və ruhən çökürsən. Amma o çöküşdən sonra bir dirçəliş də başlayır. “Sənə ehtiyac var!” deyirdi içimdəki səs: - “Sən lazımsan, Xəyalə. O, sənin övladındır. Onun yolu sən olacaqsan”. Elə o gündən başladım. Hər yerə, hər kəsə, hər ümidə sarıldım. Çünki bilirdim, autizmin dərmanı təlimdir, müalicəsi isə səbr, inam və davamlılıq. Həmin vaxtdan bizim gündəlik həyatımız yaşam dərsləri, məşğələlər, psixoloq dəstəyi, pedaqoqların zəhməti, loqopedlərin qayğısı oldu. O, musiqini sevdikcə bu sahəyə yönəldik, rəsmdə sakitləşdikcə əlinə fırça verdik. Susdu... Susduqca da gözləri danışdı, ürəyimi oxudu. Sözləri təkrarladı, qəlbimi titrətdi”.

“Bu uşaqlar fərqlidirlər. Onlar oynamazlar, ünsiyyət bilməzlər. Ancaq duyğuları, hissləri bizim düşündüyümüzdən qat-qat dərin olur. Sosiallaşma yoxdursa, onu biz yaratdıq. Nitqi gec açılırdısa, səbrlə gözləyirdik…”, - deyir həmsöhbətim.

Ana öz duyğusunu o qədər təsirli izah edir ki…

Talıb gec də olsa, bəzən bir söz belə deyəndə, o söz sanki Xəyalə ana üçün bir ömrün sükutunu pozur. “Onun hər uğuru, hər addımı incə, amma çox möhkəmdir. İdman onun dünyasıdır - əsasən də tennis. Tennis onun üçün çox maraqlıdır. Həftədə üç dəfə məşq edir, güclü idmançı olacağı təəssüratını verir. Səbr etdi, gözlədi, dinlədi və nəticədə qalib də oldu. Gənclər və İdman Nazirliyinin, eyni zamanda, Autizm Assosiyasının təşkil etdiyi yarışlarda tennis üzrə birinci yer, qaçış üzrə ikinci yer, velosiped yarışında isə üçüncü yeri tutub”, - deyən Xəyalə ana oğlunun uğurunu sevinclə dilə gətirərkən gözləri yaşarır...

Talıbın güclü musiqi duyumu da var. Bunu isə onun musiqi müəllimi deyib: “Talıb pianinonun qarşısına əyləşdi. Beş əsər səsləndirərək, musiqiləri təqdim etdi. Gözlərini bağladı, barmaqları danışdı. Rəssamlıqda isə fırçaya toxundu, fikirləşdiklərini canlandırdı. Hər fırçasında bir duyğu, hər musiqi notunda sanki bir uğur əzmi var idi. Anladıq ki, belə uşaqlara imkan yaradılmalıdır. Onlar xüsusi qayğı ilə kulinariya, musiqi, idman və digər sahələrdə öz qabiliyyətlərini nümayiş etdirə bilərlər”.

Xəyalə xanım valideynlərə səslənir: “Səbr edin, güclü olun. Tez nəticə axtarmayın. Autizm bir sindromdur, amma zəhmətlə sevgiyə çevrilə bilən bir dünyadır. Qəfil kriz halları yaşana bilir, gözləyin, sakitləşsin. Sonra istədiyini verin. Uşaq başa düşməlidir ki, ağlamaqla, qışqırmaqla heç nə qazanmaq olmaz. Valideyn sevgi ilə, səbrlə, təmkinlə, ardıcıllıqla bu vəziyyətə qalib gəlməlidir. Autizmli uşaqların həyatlarının, fərqli dünyalarının gerçək uğura çevrilməsi üçün valideyn və müəllim birgə işləməlidir. Bu gün mən deyə bilərəm ki, oğlum Talıb bunu bacarıb. Biz birlikdə bacardıq. Hər uğurunun arxasında gecələrin yuxusuzluğu, günlərin yorğunluğu, amma heç sönməyən bir inam durur”.

Onun adı Talıbdır. Qələbəyə talib olan, ona sahib çıxan, onu yaşayan uşaq. Onun adı ümiddir. O, səbrin, inamın, əzmin səsidir. Bütün bunlar isə kiçik bir qəlbin ən böyük qələbəsidir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri