Icma.az
close
up
RU
Üç dövlət, üç qardaş tək ürək

Üç dövlət, üç qardaş tək ürək

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərbi parad, sadəcə, silahların nümayişi və əsgərlərin nizamlı addımları ilə ölçülmür. Onun əsl mahiyyəti fəxri kürsüdə dayananların kimliyi və onların dünyaya verdiyi mesajlarla müəyyən edilir. 

Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad birbaşa geosiyasi manifestə, dünyaya ünvanlanan sözə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə fəxri kürsüdə yer alması ilə parad yeni və sarsılmaz birliyin – Azərbaycan–Türkiyə–Pakistan qardaşlığının dünyaya rəsmi təqdimat mərasiminə çevrildi. Meydandan keçən polad zirehli texnikanın gurultusu və səmanı yaran reaktiv qırıcıların səsi beynəlxalq arenaya, həm dostlara, həm də rəqiblərə göndərilən çox aydın mesaj idi: Avrasiyanın təhlükəsizlik arxitekturasında artıq gözardı edilməsi mümkün olmayan, ortaq tarix, ortaq dəyərlər və ortaq strateji maraqlar üzərində qurulmuş yeni güc mərkəzi yaranıb.

8 Noyabr paradını yeni reallığın möhtəşəm vizual simfoniyası da adlandırmaq olar. Azadlıq meydanının tribunaları, Azərbaycan xalqının qələbə sevincini bölüşən on minlərlə vətəndaşla dolu ikən, fəxri kürsüdəki mənzərə bütün dünyanın diqqətini özünə çəkirdi. Bu, İkinci Qarabağ müharibəsinin ilk günlərindən son anına qədər Azərbaycanın haqq işinə, ədalətli savaşına tərəddüdsüz siyasi və mənəvi dəstək verən iki qardaş ölkənin Zəfərin sevincini də şərik paylaşmasının təbii, səmimi təzahürü idi.

Parad həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi möhtəşəm modernləşmə yolunu əyani nümayiş etdirdi. Vətən müharibəsinin qəhrəmanları olan xüsusi təyinatlıların polad intizamla meydandan keçidi ən müasir döyüş taktikasını mənimsəmiş peşəkar bir ordunun yetişdiyini göstərirdi. Bunun ardınca nümayiş etdirilən hərbi texnika isə bu ordunun zərbə gücünün miqyasını ortaya qoydu. Lakin paradın simvolik gücünü ən yüksək zirvəyə qaldıran məqam Azadlıq meydanında addımlayan əsgərlər oldu. Prezident İlham Əliyevin çıxışında bu tarixi anı xüsusi vurğulaması təsadüfi deyildi: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”. 

Bu bəyanat üç ordunun daim çiyin-çiyinə dayandığını, ittifaqın təkcə kağız üzərindəki sənədlərdən ibarət olmadığını, döyüş ruhu və qardaşlıq andı ilə möhkəmləndiyini bütün dünyaya bəyan etdi. 

Liderlərin çıxışları hərbi qüdrət nümayişinin siyasi və ideoloji çərçivəsini müəyyən etdi. Prezident İlham Əliyev ittifaqın təməl daşını qoyan tarixi anları bir daha xatırlatdı: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”. 

Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında qardaşlığın dərinliyini və səmimiliyini ifadə edərək “Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim” sözləri ilə iki xalq arasındakı qırılmaz mənəvi bağları bir daha təsdiqlədi. 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə bu qələbənin tarixi ədalət üçün daşıdığı əhəmiyyəti və Pakistanın prinsipial mövqeyini bir daha bəyan etdi: “Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq. Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu”. Bu çıxışlar beynəlxalq aləmə ünvanlanmış, üç ölkənin xarici siyasət prioritetlərini və qırmızı xətlərini müəyyən edən strateji bəyanatlar idi.

Azərbaycanın paytaxtında yaşanan bu təntənəli mənzərə Azərbaycan–Türkiyə–Pakistan dostluğunun, sadəcə, ritorik və ya emosional bir bağ olmadığını, onun dərin tarixi, dini və ən əsası, strateji köklərdən rişələndiyini bir daha sübut etdi. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq ortaq etnik, dil və mədəni irs üzərində qurulubsa, Pakistanın bu birliyə qoşulması, ortaq dini kimliyin və daha vacibi, kəsişən strateji maraqların nəticəsidir. Qarabağ məsələsində Türkiyə və Pakistanın Azərbaycana, Kəşmir məsələsində Azərbaycan və Türkiyənin Pakistana, Şimali Kipr məsələsində isə Azərbaycan və Pakistanın Türkiyəyə verdiyi tərəddüdsüz dəstək beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən və “Üç qardaş modeli” adlandırılan yeni ittifaqın formalaşdığını göstərir. 

Zəfər Günü keçirilən parad qardaşlığın hərbi-strateji əməkdaşlıq müstəvisinə keçidinin də dönməzliyini nümayiş etdirdi. Bu, faktiki hərbi ittifaq xarakteri daşıyan dərin tərəfdaşlıqdır. Son illərdə müntəzəm olaraq keçirilən “Üç qardaş” birgə hərbi təlimləri üç ölkənin xüsusi təyinatlı qüvvələrinin bir-birinin döyüş taktikalarını öyrənməsi, silah sistemlərini sinxronlaşdırması və real döyüş şəraitində vahid komandanlıq altında fəaliyyət göstərmək üçün qarşılıqlı fəaliyyət  qabiliyyətini təkmilləşdirməsi məqsədi daşıyır. Bu, hərbi ittifaqların ən mühüm xüsusiyyətidir. 

Onu da qeyd etməliyik ki, Bakıdakı Hərbi parad ilə bundan əvvəl Laçında keçirilən üçtərəfli görüş arasında birbaşa və qırılmaz məntiqi-ideoloji bağlılıq mövcuddur. Əgər Laçın görüşü bu ittifaqın “strateji beyni” idisə, Bakı paradı onun “polad əzələsi” oldu. Laçında liderlər postmünaqişə dövrünün gündəliyini, regionda davamlı sülhün təmin edilməsini, Zəngəzur dəhlizi başda olmaqla bütün nəqliyyat kommunikasiyalarının açılmasını, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı və terrorizmə qarşı birgə mübarizəni müzakirə etmişdilər. Bu, ittifaqın quruculuq, sülh və rifah hədəflərini müəyyən edən “yol xəritəsi” idi. Bakı paradı isə bütün dünyaya bəyan etdi ki, qardaş ölkələrin Laçında müəyyən etdikləri sülh quruculuğu gündəliyini istənilən xarici müdaxilədən və təhdiddən qorumaq üçün lazımi hərbi gücə, siyasi iradəyə malikdir. 

8 Noyabr – Zəfər Günündə keçirilən Hərbi parad Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin ildönümünü qeyd etməkdən daha geniş bir missiyanı yerinə yetirdi. O, Azərbaycan–Türkiyə–Pakistan ittifaqının – üç dövlətin, üç qardaşın, amma tək ürəyin Avrasiyanın geosiyasi reallıqlarına birbaşa təsir edən və heç bir kənar qüvvənin iradəsinə tabe olmayan sarsılmaz güc mərkəzi olduğunu bütün dünyaya bəyan etdi. 

Yusif ŞƏRİFZADƏ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2025 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri