Icma.az
close
up
RU
Autsayderlərin duelində qolsuz “sülh”

Autsayderlərin duelində qolsuz “sülh”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişli – Kəpəz (Gəncə) 0:0
33. Andrey Sinenka – 5,5
29. Edvin Banquera – 5,5
19. Azər Salahlı (k) – 5,0
(44. Həzrət İsayev, 42) – 5,5
14. Ronaldo Rodriges – 5,5
23. Dioqo Rollo – 5,5
94. Rafael Vieqaş – 5,5
17. Ezekyel Morqan – 5,0
(79. Dioqo Kardoso, 65) – 5,0
5. İdris İnqilablı – 5,5
(21. Abbas Ağazadə, 65) – 5,0
6. Yau Mozes – 5,5
(70. Mehdi Tahirov, 76) – 5,0
9. Dioqo Almeyda – 6,0
7. Juninyo – 5,5
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
77. Elmir Rəhimzadə
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
10. Nikola Karaklaiç
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı: Dioqo Almeyda
33. Yusif İmanov - 5,5
14. Adama Fofana – 5,5
29. Dioqo Verdaska (k) – 5,5
4. Mate Abuladze – 5,5
27. Məqsəd İsayev – 5,0
(7. Ehtiram Şahverdiyev, 46) – 5,0
88. Şakir Seyidov – 5,5
24. Olavale Onanuqa – 5,0
(12. Mahamadu Ba, 90) – qiymətsiz
11. Rəhman Hacıyev – 5,5
(77. Fərid Nəbiyev, 65) – 5,0
10. Rinosuke Ohori – 5,5
5. Rauf Hüseynli – 5,0
9. Luis Paçu – 6,0
(21. Sadiq Şəfiyev, 74) – 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
99. Əli Səmədov
17. Ümid Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
Vərəqələr: M.Abuladze, 38 (qeyri-idman hərəkəti). R.Souza, 84 (qeyri-idman hərəkəti). E.Banquera, 90+2 (oyunun bərpasının ləngidilməsi). R.Hüseynli, oyundan sonra (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
9 fevral. Quba. Olimpiya İdman Kompleksinin stadionu. 110 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Elitada qalmaq uğrunda tər tökən komandaların Qubadakı dueldən qalib ayrılması hər iki komanda üçün əhəmiyyətli idi. Ona görə ki, 6 oyundu qələbəyə həsrət qalan “İmişli” tilsimi qırmalı, 11-ci sırada qərarlaşan “Kəpəz” “Karvan-Yevlax”la aradakı xal fərqini artırmalıydı. Ancaq nə meydan sahibləri, nə də qonaqlar qələbəyə yetərincə can atdı. O başqa məsələ ki, 1-ci hissə Kaşkilyanın komandasının üstün performansıyla əlamətdar oldu. Azsaylı qol epizodlarına şahidlik etdiyimiz matçda gah qeyri-dəqiq zərbələr işi korladı, gah da qapıçılar ayıq-sayıq davrandı.

İlk təhlükəli vəziyyəti “pələnglər” yaratdı. 11-ci dəqiqədə qeydə alınan hücum Almeydanın adını tabloya yazdırmasıyla nəticələnə bilərdi ki, top tirin xeyli üstündən şütüdü. Bir qədər sonra İdrisin təxminən 25 metr məsafədən bəxtini sınadığını gördük. Ancaq gənc orta sahə oyunçusunun zərbəsini zərərsizləşdirmək Yusif üçün çətin olmadı. Aran təmsilçisinin gerçəkləşdirdiyi növbəti hücum da xoşbəxtlik gətirmədi. Çünki başla fərqlənmək eşqinə düşən Juninyo qeyri-dəqiq oldu. Braziliyalının 39-cu dəqiqəyə təsadüf edən zərbəsi də hesabın açılmasıyla nəticələnmədi. Bu dəfə ona Yusif imkan vermədi. “Kəpəz”in ilk kəskin hücumu 45-ci dəqiqədə gördük. Məqsədin cərimə meydançasına göndərdiyi topu Paçu başla tora qovuşdurmaq istəsə də, dəqiqlik çatmadı. Bir neçə saniyə sonra Rəhman da həmin aqibətlə üzləşdi. Belədə komandalar fasilədə “sülh”lə yollandı.
Daha baxımlı keçəcəyinə ümid etdiyimiz ikinci hissə o qədər də maraqlı olmadı. Bu dəfə təkcə komandaların istəksiz çıxışı yox, həm də ot örtüyünün durumu ön planda idi. Buna baxmayaraq, 48-ci dəqiqədə Ehtiramla Paçu hesabı açmağa çalışdı. Ardından Fərid də bəxtini sınadı. Lakin ilk iki fürsəti qeyri-dəqiqliyin qurbanı edən gəncəlilər sonuncuda Sinenka ilə bacarmadı. Daha sonra bir müddət mərkəzdə davam edən mübarizəni izləməli olduq. 71-ci dəqiqədə “atəşkəsi pozan” “İmişli” fərqlənməyə yaxın olsa da, Vieqaş fürsəti qaçırdı. Fəridin təxminən 30 metr məsafədən endirdiyi zərbə də fayda vermədi. Belədə matçın qolsuz “sülh”lə başa çatması qaçılmaz oldu. Odu ki, “İmişli”nn qələbə həsrəti 8 oyuna çatdı. “Kəpəz”i isə qazanclı saymaq olar. Axı “sarı-göylər” üçün hər xal qızıl dəyərindədi. Yeri gəlmişkən, bu, “Kəpəz”in cari mövsümdəki ilk heç-heçəsidi.
Gözdən qaçmadı
// “İmişli”nin “Küdrü qartalları”, “Kəpəz”in “Xəmsə” fanklubu stadionda idi.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri