Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xankəndidə erməni əsilli sakin Karen Avanesyanın terror aktı törətmək cəhdi və polis əməkdaşlarına silahlı müqavimət göstərməsinin lokal xarakter daşımadığı ehtimalı yüksəkdir. Hər şey istintaqın yekununda bəlli olacaq, lakin açıq qalan suallar ictimaiyyətin diqqət mərkəzindədir.

- Karen Avanesyan əslində kimdir?

- Terror aktı planının arxasında hansı qüvvələr dayana bilər?

- Planın icrasına niyə indi cəhd edildi?

Avanesyanın tam bəlli olmayan tərcümeyi-halında şübhəli məqamlar kifayət qədərdir.

Birincisi, o, bir il öncə Azərbaycan mediasına müsahibəsində özünü “azərbaycanlı” kimi təqdim edir, bildirir ki, “16 yaşında Azərbaycan vətəndaşlığını alıb, lakin 30 il öncə Xankəndini mafiya ələ keçirib və bundan sonra azərbaycanlılar doğma yurdlarından məcburi köçkün düşüblər, mafiya isə qalanların pasportlarını dəyişib”.

Belə bir şəxsin bir il sonra terror aktına cəhd etməsi onun Xankəndidə məhz bu məqsədlə qaldığı ehtimalını ön plana çıxarır. Erməniləri pisləməsi də kamuflyaj olmağa hesablanmış kimi görünür.

İkincisi, Ermənistanda revanşist medianın, eləcə də Qarabağda keçmiş separatçı rejimin “nümayəndələri”nin Avanesyanla bağlı dedikləri kifayət qədər ziddiyyətlidir.

Separatçı fəallardan olmuş Arşak Abramyan “Hraparak” nəşrinə açıqlamasında Avanesyanı tanımadıqlarını israrla vurğulayıb. Revanşist siyasətçi Karapet Poqosyan deyir ki, Avanesyanın uşaqlığı çətin keçib: “Məktəbdə zəif oxuyub, lakin sonradan iki universiteti fərqlənmə diplomu ilə bitirib, bir neçə dildə sərbəst danışıb. O, qapalı və ünsiyyətcil olmayan biri kimi tanınır”.

Bu iddia – orta məktəbi zəif oxuması, daha sonra iki universiteti fərqlənmə ilə bitirməsi və bir neçə dildə sərbəst danışması şübhəlidir. Mümkündür ki, erməni revanşistlər Avanesyanla bağlı “intellektual” imic formalaşdırmaq və əməllərini bu yolla ört-basdır etməyə çalışırlar. Bu, baş vermiş terror cəhdinin Azərbaycanın iddiası kimi təqdim edilməsi kampaniyasına xidmət edir. Ki, erməni revanşistlərin təbliğat istiqamətlərindən biri də budur.

Erməni revanşistlərə məxsus media resurslarında Avanesyanla bağlı əsas “fakt” kimi onun “əqli qüsurlu” olması təqdim edilir. Qarabağda keçmiş separatçı rejimin qondarma “deputat”larından olmuş Metakse Akopyan “Hraparak” nəşrinə (bu nəşr Avanesyanın müdafiəsində xüsusi fəallıq sərgiləyir) açıqlamasında iddia edir ki, “onu şəxsən tanımasa da, psixi problemlərinin olduğu haqda eşidibmiş”. “İravunk” nəşri isə “mənbələrinə” istinadən Avanesyanın “əqli cəhətdən qüsurlu olduğunu dəqiqləşdirib”.

Bu iddiaların yumşaq desək, doğru olmadığı ortadadır: Avanesyanın Xankəndi küçələrində gizli şəkildə hərəkət etdiyi, öncədən gizlətdiyi silahı necə götürdüyü və hücum cəhdini əks etdirən görüntülər onun hazırlıqlı olduğunu sübut edir.

Erməni revanşistlərin onu “əqli qüsurlu” kimi təqdim etmək cəhdləri əslində baş tutmayan terror planının ifşasının qarşısını almaq məqsədi daşıya bilər. Və bu detallar planın arxasında məhz Ermənistandakı revanşistlərin – keçmiş “Qarabağ klanı”nın dayandığı ehtimalını gücləndirir. İstisna etmək olmaz ki, Avanesyan “lazımı anda” hücuma keçmək üçün Xankəndidə qalıb və Ermənistandakı bağlantıları ilə hansısa yolla əlaqələr qura bilib. Hücum əmri verildikdə isə hərəkətə keçib.

“Niyə indi” sualının cavabı da ortadadır: Bakı və İrəvan arasında paraflanan sülh sazişini pozmaq;

Bunun çoxtərəfli hədəfləri görünür:

- Terror cəhdi baş tutsaydı, diqqət Xankəndinə - orada qalan erməni əhalisinin üzərinə yönələcək və Minsk qrupunun ləğvi ilə beynəlxalq müstəvidə qüvvədən düşən “Qarabağ məsələsi”nin hələ də bağlanmadığı, ermənilərin “mübarizə” apardığı rəyini yaratmağa çalışacaqdılar;

- Ermənistanda “Qarabağda qalan ermənilərin müdafiəsi” adı altında ictimai etirazların təşkilinə, xüsusilə seçki öncəsi bundan istifadə etməyə çalışa bilərdilər;

- Azərbaycan və Ermənistan arasında sülhün “erməni xalqı” tərəfindən qəbul edilmədiyini nümayiş etdirmək istiqamətində istifadə edə bilərdilər;

Bu hədəflər planda təkcə erməni revanşistlərin yox, həm də onları dəstəkləyən və regionda sülhün əldə edilməsini istəməyən qüvvələrin də maraqlı olduğunu göstərir. Təbii ki, bütün bunlar ehtimallardır, detallar istintaqın nəticəsində məlum olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri