“Putin bu əmrini dəyişməyib”
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Rusiya Prezidenti Vladimir Putin Ukraynanın 30 günlük fasilə ilə bağlı razılaşmasını pozmasına baxmayaraq, enerji infrastrukturu obyektlərinə zərbə endirməmək əmrini dəyişməyib”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Hələlik prezidentdən başqa bir əmr olmayıb. Silahlı qüvvələrimiz onun bütün əmrlərini yerinə yetirir”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bölgədəki enerji obyektinə kütləvi hücum etmiş, 11 mindən çox abonent işıqsız qalmışdı.
Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Putin Amerika liderinin Ukraynada münaqişə tərəflərinin enerji infrastrukturu obyektlərinə zərbələrdən 30 günlük qarşılıqlı imtina təklifi ilə razılaşıb və Rusiya Müdafiə Nazirliyinə göstəriş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















