Icma.az
close
up
RU
Avantürist siyasət, dağılan ordu və günahkarlar dəstəsi Yalan danışın kimdir? KONKRET

Avantürist siyasət, dağılan ordu və günahkarlar dəstəsi Yalan danışın kimdir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda yenə ara qarışıb. Nikol Paşinyanın son bəyanatları erməni siyasi elitasında əməlli-başlı çaxnaşma yaradıb.

KONKRET.az xəbər verir ki, Baş nazir keçmiş prezidentləri debata çağırmaqla bu çaxnaşmanı bir qədər də canlandırıb. Üstəlik onların Paşinyana cavabı, ekspertlərin təhlilləri və politoloqların analizləri göstərdi ki, Ermənistan cəmiyyəti ciddi xəstəlikdən əziyyət çəkir və onların yaxın illərdə sağalmaq ehtimalı azdır. Azərbaycan ərazi bötövlüyünü tam bərpa etdikdən, Qarabağda suverenliyimiz bərpa olunduqdan sonra Ermənistanda yenidən müzakirələr başlayır. Suveren dövlətin ərazilərini müzakirəyə çıxaran Ermənistanda elə hesab edirlər ki, Qarabağ sırf Paşinyanın yürütdüyü siyasət üzündən geri qaytarılıb. Əvvəlki prezidentlərin hakimiyyətdə olduqları dövrlərdə, danışıqları uzatmaqla vaxt udan Ermənistan bunu sonsuza qədər davam etdirmək niyyətindəymiş. Amma Azərbaycan əvvəlcədən bəyan edirdi ki, bir qarış ərazi belə müzakirə predimeti ola bilməz və Qarabağ Azərbaycanın suveren ərazisidir. Paşinyanın avantürüst siyasəti nəticəsində Azərbaycana qarşı yeni ərazi iddiaları ortaya atıldı və Ermənistanın keçmiş müdafiə nazirinin “yeni müharibə, yeni ərazilər” deyə sayıqlamağa başlaması, Azərbaycan üçün qırmızı xətt idi. Üstəlik, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”, ifadəsi də Azərbaycanı əməli addımlar atmağa vadar etdi. Artıq Ermənistanın təqdim etdiyi yeni siyasi kurs bəlli idi və onlar əməlli-başlı Azərbaycana meydan oxuyurdular. Danışıqlar masasında Qarabağın tərəf kimi təmsil olunmasını irəli sürən Nikol Paşinyan artıq bütün xətləri tapdalamışdı. Ona görə də Azərbaycanın adekvat cavabı çox sərt və öldürücü oldu. Cəmi 44 günə Qarabağdakı Ermənistan ordusunun axırına çıxan Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Daha sonrakı hadisələr və bir günlük antiterror əməliyyatından sonra Qarabağda separatçılığa son qoyuldu.

İndi bunalrı qəbul edə bilməyən ermənilər biri-birilərinin boğazına keçib və günahkar axtarırlar. Əvvəlki prezidentlər Paşinyanı, Paşinyan isə onları ittiham edir.
Erməni siyasi şərhçi Suren Surenyants hesab edir ki, Paşinyan yalan danışır. Ermənistan mətbuatına müsahibə verən Surenyants bildirib ki, Paşinyanın komanda yoldaşı, parlamentin üzvü Arman Yeqoyanın fikirincə 2019-cu ildə masada nizamlanma planı olub:

“Yeqoyan deyir ki, söhbət Lavrovun planından gedir. Yeri gəlmişkən, bu plan Lavrovun, hətta Rusiyanın da ayrıca təşəbbüsü deyildi. Bu. həmsədrliyin ümumiləşdirilmiş sənədidir. Amma məsələ bu deyil. Yeqoyan faktiki olaraq Paşinyanın yalançı olduğunu iddia edir, çünki sonuncu 2019-2020-ci illərdə masada heç bir nizamlanma planının olmadığını iddia edib. Əslində Paşinyan hamımıza yalan danışıb. Avantürist siyasəti ilə ölkəni müharibəyə sürükləyib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri