Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Avantürist Zatulin münəccimlik də edir

Avantürist Zatulin münəccimlik də edir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə Komitə sədrinin müavini, ermənilərin “Lazarev klubu”nun fəal üzvü, anti-Azərbaycan çıxışları ilə oxucularımızın yaxşı tanıdığı Konstantin Zatulin bu dəfə “siyasi istedad və qabiliyyətinin” görünməyən tərəflərini nümayiş etdirib. O, siyasi falçı və ekstrasens roluna girərək rəsmi İrəvana və Ermənistan xalqına ölkələrində nələrin baş verəcəyinin izahını vermək, onları gözlənilən fəsadlardan xəbərdar etmək qərarına gəlib.

K.Zatulin “НСН”ə (Rusiyada fəaliyyət göstərən rəsmi federal informasiya agentliyi – Milli Xəbər Xidməti – red.) müsahibəsində Rusiya və Ermənistan arasında ticarət-iqtisadi münasibətlərdə güzəştlərin mümkünlüyünü dəyərləndirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə bu, baş verməyəcək. Erməni mətbuatı bu mənbəyə istinadla Zatilinin fikirlərini tirajlayıb. Parlamentarinin bu fikri isə xüsusi seçdirmə ilə verilib: “Rusiya-Ermənistan qarşılıqlı münasibətlərindəki bütün pisləşmələr İrəvanın Moskvanın rəqibləri ilə yaxınlaşması ilə bağlıdır”.

Bunun ardınca Zatulin Bişkekdə Putinlə Paşinyanın görüşünü nəzərdə tutaraq bu təmaslara da özünəməxsus şəkildə hökmlü proqnoz verir: “Müvafiq təmaslara baxmayaraq, cənab Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiyadan ona heç bir güzəşt olmayacaq!”. Dövlət Dumasının deputatı iddia edib ki, Nikol Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyəcək, çünki o, uduzmaqdan qorxur. Bu adam üçün yalanın həddi yoxdur. Axı indiki durumda nə referendum var, nə də onun keçirilməsi ilə bağlı İrəvanın qərarı. Buna baxmayaraq, münəccim Zatulin artıq həm layihəsi hazırlanmayan referendumun nəticəsini, həm də Ermənistan baş nazirinin o zaman niyə geri çəkiləcəyinin siyasi səbəblərini xırdalayır.

“Siyasi ekstrasensliyini” nümayiş etdirən Zatulinin çıxışı ilə bağlı şərhimizə burada nöqtə qoya bilərdik, amma postsovet məkanının bütün incəliklərindən xəbərdar “hərşeyşünas qəhrəman” daha da irəli gedib. Rusiya Dövlət Dumasının bu başabəla deputatı ərz edir ki, Paşinyanın hakimiyyəti dövründə Moskva ilə İrəvan arasında gərginliyin səngiməsi gözlənilmir. Onun sözlərinə görə, Ermənistan “Moskvanın rəqibləri” ilə əlaqələr qurmağa çalışır, amma Rusiya “şantaja boyun əymək” niyyətində deyil. Bu avantüristin məntiqinə görə, İrəvanın “Moskvanın rəqibləri” (Qərbi nəzərdə tutur – red.) ilə əməkdaşlığı Rusiyanı şantaj etmək deməkdir. Əslində, belə səbatsız çıxışları ilə bir çox hallarda rəsmi Moskvanın siyasi kursunun əleyhinə gedən Zatulin özü Kremli şantaj obyektinə çevirir.

Deməli, Rusiya qanunverici orqanında mühüm postlardan birini tutan Zatulinin təkcə Kremlin “düşmənlərinə” qarşı deyil, hətta rəsmi Moskvanın da ünvanına çıxışlarında həddini aşdığı hallar az olmayıb. Bu müstəvidə də özünü olduqca “vacib persona” sayan parlamentari ona aidiyyəti olmayan məsələlərə burnunu soxaraq, xəstə təxəyyülünün məhsulu olan şayiələri “siyasi ekspert” qismində təhlil etməyə girişir. Haypərəst komitə sədrinin müavininin Azərbaycan əleyhinə uydurduğu yalanları, səsləndirdiyi hədyanları kimi, Ermənistanın tutduğu və getdiyi yolun sonu barədə münəccimlik etməsini onun xroniki vərdişə çevrilmiş sağalmaz şakərinin əlaməti saymaq olar. Nostradamus kimi hər şeyi bildiyini iddia edən Zatulinin bu yeni ampluası qeybət, iftira və yalan dağarcığına çevrilmiş məhəllə dedi-qoduçusunun statusu ilə tam üst-üstə düşür.

Belə nadürüst əməllərinə görə Azərbaycanda, eləcə də Ermənistanda “arzuolunmaz şəxs” elan edilən Zatulinin öz ölkəsində də itirdiyi simasını bərpa etməkdən ötrü bu üsullardan istifadə etdiyi şəksizdir. Oxuculara xatırladaq ki, hələ 3 il bundan əvvəl hakim “Vahid Rusiya” Partiyası Dövlət Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin partiya fraksiyasından və komitə rəhbərliyindən uzaqlaşdırılması məsələsini qaldırmışdı. Bu barədə Rusiyanın çap və elekron mediası hakim partiyadakı mənbələrə istinadla məlumat yaymışdı. Ermənilərin, ilk növbədə, Azərbaycanda separatçı qüvvələrin havadarı sayılan K.Zatulin forumda çıxış edərək bildirmişdi ki, Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyada təkcə sənaye deyil, bütövlükdə, həyat hərbi vəziyyətə keçməlidir. O, bununla da kifayətlənməyib rəsmi Moskvanın Ukraynada münaqişə başlananda qarşıya qoyduğu məqsədlərdən heç birinə çatmadığını iddia etmişdi.

Güman edirik ki, “Vahid Rusiya” həddini bilməyən üzvünə bir daha yerini göstərmək, təkcə deputatlıqdan məhrum etməklə kifayətlənməyib, partiya sıralarından xaric etmək məsələsi barədə düşünməli olacaq.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri