Avarçəkmə üzrə “Prezident Kuboku 2026”nın paradı keçirildi Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının paradı təşkil edilib.
“Qafqazinfo” Mingəçevir şəhərində, Heydər Əliyev prospektində keçirilən tədbirdə əvvəlcə rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Ardınca reqatada iştirak edən ölkələrin təntənəli yürüşü baş tutub. Komandalar düzüldükdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. “Prezident Kuboku 2026” haqqında ümumi məlumat verilib.
Qeyd olunub ki, 20-dək ölkədən 100-dən artıq idmançının iştirak etdiyi reqata cənab Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə olaraq aprelin 27-də Sərsəng su anbarından start götürüb. Yarışlar 29 aprel tarixində Suqovuşanda davam edəcək. 30 aprel – 1 may tarixlərində Mingəçevirdə final yarışları keçiriləcək.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 28 Aprel 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















