“Avatar: Od və Kül” rekordlar qırır bir həftəyə 450 milyon dollar VİDEO
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Məşhur rejissor Ceyms Kemeronun elmi-fantastik filmi “Avatar: Od və Kül” rekordlar qırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekran işi cəmi bir həftə əvvəl - dekabrın 18-də kinoteatrlarda nümayişə başlayıb. Buna baxmayaraq, artıq çoxlu sayda müsbət rəy toplayıb.
Bundan əlavə, film dünya üzrə ümumilikdə 450 milyon dollar gəlir əldə edib. Bu məbləğin 119 milyon dolları daxili prokatın, 331 milyon dolları isə xarici bazarların payına düşür.
Jurnalistlərin qeyd etdiyinə görə, “Avatar: Od və Kül” dörd günlük bayram dövründə əlavə olaraq 75–80 milyon dollar qazanmağı hədəfləyir. Bu isə filmin Şimali Amerikada birinci yeri qoruyub saxlaması üçün kifayət edəcək. Məhz həmin vaxt kinoteatrlarda üç yeni film nümayişə çıxacaq.
“Avatar: Od və Kül” filmi nədən bəhs edir?
Filmin hadisələri 2022-ci ildə nümayiş olunan “Avatar: Su yolu” adlı ikinci hissədən bir il sonra baş verir. Ceyk və Neytirinin ailəsi artıq Metkayina klanı ilə birlikdə yaşayır və oğulları Neteyamın ölümünün yasını tutmağa davam edir. Bu zaman onlar aqressiv Navi tayfası ilə üzləşir və Pandoranı insanların növbəti hücumlarından qorumağa çalışırlar.
Filmdə Sem Uortinqton, Zoi Saldana, Siqurni Uiver, Stiven Lenq, Kliff Körtis, Keyt Uinslet və digər aktyorlar rol alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 25 Dekabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















