Göydən kül, dağdan od yağır təxliyə başladı Video
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Qvatemalada yerləşən və Mərkəzi Amerikanın ən aktiv vulkanlarından sayılan Fuego yenidən püskürməyə başlayıb.
Hurriyyet.Media xəbər verir ki, bölgədən yayılan yeni görüntülər vulkanın lav, kül və yüksək temperaturlu piroklastik axınlar püskürtdüyünü göstərir.
Vulkanın aktivliyinin artması ilə əlaqədar ərazidə yüksək səviyyəli həyəcan vəziyyəti elan olunub.
Lav və vulkan külünün yaşayış məntəqələri istiqamətində hərəkəti səbəbindən təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsinə başlanılıb. Məlumata görə, təkcə son sutka ərzində təxminən 700 nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Fuego vulkanının püskürməsi zamanı atmosferə böyük həcmdə kül qalxıb, vulkanın yamacları boyunca isə közərmiş süxur parçaları və qazdan ibarət piroklastik axınlar müşahidə olunub.
Fuego Mərkəzi Amerikanın ən aktiv və təhlükəli vulkanlarından biri hesab edilir. Vulkanın aktivliyinin qəfil yüksələ bilməsi ətraf yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















