Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

AVCİYA nın 15 il əvvəl böyük əks səda doğuran təşəbbüsü

AVCİYA nın 15 il əvvəl böyük əks səda doğuran təşəbbüsü

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Sovet siyasi və elmi-tarixi ədəbiyyatında II Dünya müharibəsindəki qələbədə əsas amilin sovet ideologiyası, sosializm sistemi, kommunist partiyasının rəhbərverici qüvvəsi, xalqlar dostluğu olduğu bildirilir. Müharibəyə dair yazılmış müasir rus elmi ədəbiyyatında isə qələbənin əldə olunmasında sosialist sisteminin üstünlüklərinə deyil, rus xalqının xarakterindəki keyfiyyətlər və vətənpərlik hissinin mühüm rol oynadığı bildirilir. Bu cür kitabları yazan müasir rus tarixçiləri əsasən 1945-ci ildə Stalinin qələbədə rus xalqının həlledici rolunu qeyd etdiyi çıxışına istinad edirlər. Lakin bu cür yanaşma qələbədəki digər xalqların rolunu azaltdığına görə ciddi tənqid olunmalıdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 21 yanvar 2005-ci il tarixdən başlayaraq faşizm üzərində qələbənin 60 illiyi ilə əlaqədar “Bakı qəhrəman şəhərdir” adlı böyük layihə həyata keçirib. Assosiasiyanın Prezidenti Elxan Süleymanovun adından postsovet və Şərqi Avropa ölkələrinin əksər müharibə veteranları təşkilatlarına, Azərbaycan Respublikasının müxtəlif qurumlarına rəsmi məktublar göndərilib və onların əksəriyyəti bu təşəbbüsü ürəkdən dəstəklədikləri haqqında assosiasiyaya rəsmi məktublar göndəriblər. Bu təkşilatlardan - Rusiya Federasiyası Qəhrəmanları, Moskva şəhər və Moskva Vilayəti Şöhrət Ordeni Tam Kavelerləri Klubu, Böyük Vətən Müharibəsi Veteranlarının Rusiya Komitəsi, MDB Böyük Vətən Müharibəsi Veteranları İttifaqı, “Qəhrəman Şəhər” Moskvanın ictimai birliklərinin Regional Assosiasiyası, MDB iştirakçısı-dövlətlərin hökümət başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərin işləri üzrə Komitə, “Qəhrəman Şəhər” Kiyevin Sovet İttifaqı Qəhrəmanları Klubu, “Qəhrəman şəhər” Novorossiyskin administrasiyası və ictimai birlikləri, “Ordu və Mədəniyyət” vətənpərvər və mədəni ənənlərin qorunub saxlanması və inkişafı üzrə regionlararası İctimai Fond və başqalarını göstərmək olar. SSRİ-nin keçmiş neft sənayesi Komissarı, Dövlət Plan Komitəsinin Sədri, Rusiyanın Azərbaycanla dostluq Cəmiyyətinin Sədri, Sosialist Əməyi Qəhrəmanı N.K.Baybakov AVCİYA prezidenti Elxan Süleymanova göndərdiyi məktubda yazırdı: “ Mən çox şadam ki, AVCİYA-nın təşkil etdiyi Beynəlxalq Forum, Bakıya, mənim vətənimə gəlmək üçün səbəb oldu. Vətən Müharibəsi dövrünün ağır sınaq illərində Azərbaycan zəhmətkeşlərinin göstərdiyi qəhrəmanlığı qiymətləndirmək çox çətindir. Müharibənin bütün illərində Azərbaycan neftçiləri cəbhəni yanacaqla, sürtkü materialları ilə təmin etməkdə heç bir gecikməyə yol verməmişlər. Həmçinin onlar arxa cəbhə əməkçilərinə də müntəzəm yanacaq və sürtkü materialları göndərmişlər... Bütün həyatım boyu mən Azərbaycanın Vətən Müharibəsində qələbəyə verdiyi tövhə ilə fəxr etmişəm.” (21,s.208) Bakıya gəldikdən sonra N.K.Baybakov verdiyi müsahibədə qeyd edirdi ki, “Bakı neftçiləri faşizm üzərində qələbəyə böyük töhfə vermişlər. 10 min Azərbaycan neftçisi “ikinci Bakının” yataqlarının işə salınmasına cəlb edilmişlər. Onlar Başqırstan və Permdə işləyirdilər. Qəhrəman əməklərinə görə onlara çox minnətdarıq. Rusiya ictimaiyyəti Bakıya ən yüksək mükafat - “Qəhrəman şəhər” adı verilməsi qərarını tamamilə bəyənir”.
Moskva şəhər və Moskva Vilayəti Şöhrət Ordeni Tam Kavelerləri Klubunun sədri, Sovet İttifaqı Qəhrəmanı N.T.Antoşkin cavab məktubunda yazırdı: “Bizim klubun nüfuzlu nümayəndələrlə “Bakı qəhrəman şəhər” beynəlxalq Forumunda iştirakı bir daha tarixi ədalətin bərpa olunması, Bakıya “Qəhrəman şəhər” rütbəsinin verilməsi arzumuzu təsdiq edir”(21, s.178)
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Turist Sənayesinin İnkişafı Birliyi, Azərbaycan Republikası Şəhid ailələri və Müharibə Veteranları Təşkilatları, Milli QHT Forumu, BDU, ADPU-nun rektorları, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının rektoru, t.e.d., professor Seyfəddin Qəndilov, Xalq Yazıçısı Anar, AMEA-nın akademikləri M. Kərimov, N. Quliyev, C. Quliyev, A. Nadirov və digər tanınmış şəxslər AVCİYA Prezidenti Elxan Süleymanova rəsmi məktub göndərərək təşəbbüsü dəstəklədiklərini bildirmiş və bütün Azərbaycan vətəndaşlarını bu təşəbbüsü müdafiə etməyə çağırmışlar.


Qəhrəman şəhər Moskva - Regional İctimai Assosiasiyasının idarə heyətinin 4 aprel 2005-ci il tarixli müraciətində deyilir: “Bütün dünya faşizm üzərində qələbənin 60 illiyini qeyd edir. Bu böyük bayramda xüsusi iftixar hissi ilə qəhrəman şəhərlər, bu böyük ada layiq olmaq hüququ almış - Moskva, Leninqrad, Stalinqrad, Minsk, Kiyev, Brest, Sevastopol, Novorossiysk, Odessa, Kerç, Tula, Smolensk, Murmansk iştirak edir. Çox təəssüf ki, bu fəxri siyahıda Bakı şəhərinin adı yoxdur. Böyük qələbədə Azərbaycan xalqının, Azərbaycan Respublikasının və onun paytaxtı Bakının xidməti böyükdür... Biz ümid edir və inanırıq ki, ... veteranların varisləri məktəblərdə mərdlik və vətənpərvərlik dərslərində fəxrlə deyəcəklər: “Mənim vətənimin Paytaxtı - Bakı- qəhrəman şəhərdir”
Azərbaycan Milli Araşdırma Assosiasiyası Bakı şəhərinə “Qəhrəman şəhər” fəxri adının verilməsini dəstəkləyərək aşağıdakı təklifi irəli sürmüşdür: “Böyük Vətən Müharibəsində göstərdiyi fədaklığa görə şəhərlər “Qəhrəman şəhər” fəxri adına SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanı ilə layiq görülürdü. Hazırda bu adı təsis edən SSRİ adlı bir dövlət olmadığından müraciətin hansı dövlətə ünvanlanacağı da qeyri müəyyəndir. Fikrimizcə, müraciət Ermənistan istisna olmaqla bütün MDB respublikalarının rəhbərlərinə, ya da özünü SSRİ-nin varisi elan etmiş Rusiya Federasiyasının rəhbərliyinə ünvanlanmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Akademik Mahmud Kərimov Azərbaycan Respublikasının Prezidentinə 06 aprel 2005-ci ildə rəsmi müraciət etmişdir. Müraciətin sonunda deyilir: “Qələbənin 60 illiyi ərəfəsində Bakıya “Qəhrəman şəhər” adının verilməsi hər bir azərbaycanlının ürəyindən olardı".
Bakı Dövlət Universitetinin 18 Böyük Vətən müharibəsi veteranı təşəbbüslə əlaqədar Rusiya Federasiyasının prezidenti V. Putinə müraciət edib. Müraciətin sonunda deyilir:
“Biz Bakını onsuz da “Qəhrəman şəhər” hesab edirik. Əminik ki, keçmiş SSRİ-nin bütün müharibə veteranları bu fikrimizi dəstəkləyəcəklər. Onu rəsmiləşdirmək və beynəlxalq aləmə məhz bu cür tanıtdırmaq isə sizin biz veteranlara ən böyük diqqətiniz və qayğınız olacaqdır. Ümidvarıq ki, bizim bu xahişimizi nəzərə alacaqsınız".
Layihə çərçivəsində müharibə veteranları, Sovet İttifaqı Qəhrəmanları, generallar və digər yüksək rütbəli zabitlərin iştirakı ilə silsilə tədbirlər təşkil olunmuşdu. Assosiasiya hazırlıq işlərini başa çatdırdıqdan sonra Respublika Müharibə, Əmək, Silahlı qüvvələr və Hüquq-Mühafizə Orqanlarının Vetereranlar Şurası, Moskva Qəhrəmanlar klubu, “Sodrujestvo” Ehtiyyatda olan Zabitlər Hərəkatı Komitəsi ilə birlikdə 11 aprel 2005-ci ildə Bakıda Opera və Balet teatrında Beynəlxalq Forum keçirib. Forumda MDB ölkələrinin 9 Böyük Vətən Müharibəsi veteranları təşkilatlarının rəhbərləri, Şərqi Avropada olan nümayəndələr, 25 Sovet İttifaqı Qəhrəmanı, Şöhrət Ordeni Tam Kavelerləri ilə təltif olunmuş 70 nəfər, Müharibə dövründə SSRİ-nin neft naziri olmuş N.K.Baybakov, Azərbaycan yaradıcı təşkilatlarının, dövlət qurumlarının, QHT-lər və digər ictimai qurumlarının nümayəndələri və digər şəxslər itirak etmişlər. Forumun yekununda tədbir iştirakçıları Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciət etmişlər. Müraciətin sonunda qeyd olunurdu ki, ““Bakı qəhrəman şəhərdir!” Beynəlxalq Forumun iştirakçıları, sizdən 60 ildən bəri öz həllini tapmayan məsələnin çözülməsini və öz fərmanınızla paytaxtımıza bu fəxri adın verilməsini xahiş edirik” («Баку-город герой» Международный форум 11 апреля 2005 года. В документах и публикациях. ( на азерб. и рус. языке). “Bakı qəhrəman şəhərdir”. Bakı, 2005, 248 s.)
Rusiya Federasiyası prezidentinə ünvanlanmış, Azərbaycan xalqının istəyini əks etdirən müraciətlərə qeyri-rəsmi olaraq Rusiya tərəfi, bunun indiki Rusiya rəhbərliyinin səlahiyyətində olmadığını bildirməklə cavab vermişdir. Lakin Rusiya prezidentinə müraciətdən bir il sonra, yəni 2006-cı ildə bu ideyaya uyğun olaraq Rusiyada “Döyüş şərəfi” şəhəri fəxri adı təsis edildi və 45 şəhər bu ada layiq görüldü. Həmçinin müraciətdən 15 il sonra bu ideyaya uyğun olaraq qələbənin 75 illiyi ilə əlaqədar yenə də Rusiyada 01 mart 2020-ci ildə “Əmək rəşadəti şəhəri” fəxri adı təsis edildi və 20 şəhər təltif olundu. Bundan başqa Moskvada yerləşən Dövlətlərarası Qəhrəman Şəhərlər İttifaqı Rəyasət heyəti 2015-ci ilin 7 aprelində “Əmək rəşadəti və şərəfi şəhəri” beynəlxalq fəxri adın təsis edilməsi ilə əlaqədar qərar qəbul edib.
Fikrimizcə Bakıya “Qəhrəman şəhər” adı verilməsi ilə bağlı irəli sürülmüş ideya ilə bağlı keçirilmiş tədbirlər və müraciətlərdən az sonra Rusiya Federasiyasında bu qərarların və təltiflərin həyata keçirilməsini təsadüf hesab etmək olmaz. Azərbaycan tərəfinin irəli sürdüyü ideyadan Rusiyanın bəhrələnməsində də qeyri adi heç nə yoxdur.
Buradan belə bir məntiqi nəticə çıxır ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış respublikalardan biri olan Rusiya Federasiyası bu cür qərarlar qəbul edirsə, digər respublikaların da, xüsusilə Azərbaycan Respublikasının da buna haqqı çatır. Bakı şəhərinin qələbədəki rolu isə digər şəhərlərlə müqayisə olunmaz dərəcədə yüksəkdir. Bütün bu təhlillər ideyanın həyata keçirilməsinin mümkünlüyündən xəbər verir. Bakıya qəhrəman şəhər adı verilməsi ideyası hələlik reallaşmasa da bu məsələ aktual olaraq qalır. Fikrimizcə tədqiqatçılar gələcəkdə II Dünya müharibəsi dövründə Azərbaycan xalqının ön və arxa cəbhədəki fəaliyyəti sahəsində araşdırmalarını davam etdirməli, yeni əsərlərlə tarixşünaslığı zənginləşdirməlidirlər. Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi qeyd etdildiyi hazırki dövrdə bu məsələ yenidən gündəmə gətirilməli, Bakı şəhəri layiq olduğu qəhrəman şəhər adına layiq görülməlidir.
Məhərrəm Zülfüqarlı,
tarix elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see267

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see264

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see258

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see243

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see243

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see232

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see222

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see222

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see218

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see218

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see216

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see211

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see210

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see209

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see208

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see204

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see197

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see175

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri