Icma.az
close
up
RU
Göyçaya səs salan qiraət müsabiqəsi AVCİYA nın mühüm layihəsi

Göyçaya səs salan qiraət müsabiqəsi AVCİYA nın mühüm layihəsi

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Elxan Süleymanovun təşəbbüsü ilə növbəti uğurlu layihəsini reallaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, indiyədək ictimai, mədəni, təhsilə dəstək yönündə onlarla layihə icra etmiş AVCİYA bu dəfə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, əslən göyçaylı olan ədiblər - Rəsul Rza, İsgəndər Coşqun, Əli Kərim və İbrahim Göyçaylının yaradıcılığına həsr edilmiş Birinci bədii qiraət müsabiqəsini həyata keçirib.

Göyçay məktəbliləri arasında keçirilən bədii qiraət müsabiqəsi bir neçə mərhələdə baş tutub. Hazırlıq mərhələsində - 2024-cü ilin dekabrından etibarən 2025-ci ilin aprelinədək ədəbiyyat müəllimləri məktəblərdə şagirdləri müsabiqə üçün hazırlayıblar.

Daha sonra tədris müəssisələrində və rayon səviyyəsində sınaq mərhələləri olub.

Müşahidələrimiz onu göstərirdi ki, müsabiqə bütün rayona səs salıb, şagirdlərin fəallaşmasına, ədəbiyyata, poeziyaya marağın yüksəlməsinə səbəb olub.

Yüzlərlə şagird müsabiqədə özünü sınayıb, nəhayət son seçim turunda ən bacarıqlı və ən istedadlı uşaqlar mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən qalib seçiliblər.

Münsiflər Heyətinin sədri xalq artisti, qiraət ustası Nurəddin Mehdixanlı, üzvləri xalq artisti Tariyel Qasımov, filoloq, professor Asif Hacıyev, pedaqoq, şair, 30 il direktor işləmiş, hazırda “Göyçay” qəzetinin baş redaktoru olan Adil Məmmədov, şair Ətraf Sərraf və Göyçay şəhəri 4 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Tahirə Əsədovadır.

Seçim turu mayın 26-da başa çatdı və 27 mayda Göyçay rayonu Heydər Əliyev Mərkəzində baş tutan təntənəli tədbirdə qaliblər elan olundular.

Tədbir başlamazdan əvvəl Elxan Süleymanov və Münsiflər Heyəti, qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini, habelə Əli Kərim adına parkda göyçaylı ədiblərin xatirəsinə ucaldılmış abidələri ziyarət etdilər.

Daha sonra Heydər Əliyev Mərkəzində tədbir başladı. Mərasimi açıq elan edən və qonaqları salamlayan Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova 28 may Müstəqillik Günü ərəfəsində baş tutan bu tədbirin Göyçay ictimiyyəti, təhsil sektoru üçün xüsusi önəmi olduğunu bildirdi.

Daha sonra çıxış edən AVCİYA prezidenti Elxan Süleymanov Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse prezident Mehriban Əliyevanın daim təhsilə xüsusi diqqət göstərdiklərini bildirdi:

“Təhsilə, gələcəyimizə dəstək müqəddəs işdir. Mən də dövlətimizin ali rəhbərliyinin siyasətinin əsgəri kimi, habelə maarifçi babam Hacı Rəhim Əfəndinin irsini davam etdirərək, təhsilimizə daim diqqət göstərmişəm. Hələ 1991-94-cü illərdə Göyçayda əlaçı şagirdlərə Hacı Rəhim Əfəndi təqaüdü vermişəm, millət vəkili olduğum 9 ildə AVCİYA Şamaxıda davamlı olaraq Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələri təşkil edərək, uğurla həyata keçirib.

Şamaxılı şagirdlər bu müsabiqələr sayəsində böyük Azərbaycan şairinin yaradıcılığının məzmun və forma xüsusiyyətlərini daha dərindən mənimsəmiş, nitq və bədii qiraət vərdişlərini inkişaf etdiriblər, poeziyaya daha sıx bağlanıblar. Şamaxıda, Göyçayda məktəblər tikdirmişəm, yüzlərlə şagirdə təqaüdlər vermişəm. Habelə, 2024-cü ildə Göyçayda hər məktəbdən 1 nəfər olmaqla, 56 şagirdə əlaçı təqaüdü vermişəm və bu il də, növbəti illərdə də onu təkrarlayacağıq. Bu gün isə həyata keçirdiyimiz qiraət müsabiqəsinin qaliblərini mükafatlandırmaq üçün buradayıq. Biz verdyimiz bütün vədlərə əməl etmişik və edəcəyik. Ömrüm boyu bu cür layihələrlə qarşınızda olacam, məndən sonra da bu irsi övladlarım davam etdirəcək”.

Münsiflər Heyətinin sərdi Nurəddin Mehdixanlı seçim zamanı kifayət qədər gərgin işlədiklərini bildirdi:

“Göyçayda xeyli sayda istedadlı uşaqlarla rastlaşdıq. Biz ədalət prinsiplərini, vicdanı üstün tutuaraq, bu şagirdlər içərisindən ən layiq olanları qalib elan etdik. Elxan Süleymanovun həyat və yaradıcılığı ilə daha yaxından tanış oldum, bu da böyük bir nəsibdir. Göyçayda, ölkəmizdə Elxan Süleymanovdan qat-qat geniş imkanları, pulu, sərvəti olan insanlar var. Amma bu kişi əldə etdiyi vəsaitləri təhsilə, bu cür mədəni müsabiqələrə, gələcəyimizin inkişafına sərf edir. Xalqımızın balalarını təhsilə, elmə həvəsləndirir. Siz təsəvvür edin, bu uşaqların gələcəyə ümidlərini nə qədər artırır bu cür əməlləri ilə”.

Xalq artisti Tariyel Qasımov bildirdi ki, ölkəmizin gələcəyi naminə bu cür xeyirxah layihələr xüsusi önəm kəsb edir:

“Övladlarımızda sabaha inam yaratmaq cənnəti bu dünyada qazanmaq deməkdir”.

Çıxışlardan sonra qiraət müsabiqəsinin qalibləri elan olundu və Elxan Süleymanov onlara diplom, pul mükafatlarını şəxsən təqdim etdi, xatirə şəkilləri çəkdirildi.

Sonda Elxan Süleymanov xüsusi bir təqdimat da etdi:

“Burada bizim müsabiqəyə fəxri iştirakçı kimi qatılan bir balamız da var: 1992-ci ildə Hacı Rəhim Əfəndi təqaüdünü alan göyçaylımız, tanınmış jurnalist Elşad Məmmədlinin qızı, Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbdə təhsil alan Aytək Məmmədli Göyçayda belə bir şeir müsabiqəsinin keçirildiyini bilib. Bu balamız mənə müraciət etdi ki, onun da bu müsabiqədə iştirakına şərait yaradaq. Bizim fəxri iştirakçımız qismində o da özünü sınayıb”.

Daha sonra A.Məmmədli İsgəndər Coşğunun “Gecikərsən” şeirini səsləndirib, Münsiflər Heyətinin qərarı ilə diploma, mükafata layiq görülüb.

Ümumilikdə müsabiqədə 1 nəfər Qran-pri, 3 nəfər 1-ci yer, 3 nəfər 2-ci yer, 3 nəfər 3-cü yer, 9 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 May 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see166

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see135

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri