Aviaşirkətin tətili 500 minə yaxın sərnişinin planlarını pozub
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Kanadanın “Air Canada” aviaşirkətinin bort bələdçiləri avqustun 16-da başladıqları tətili bazar ertəsi axşam dayandırmağı planlaşdırırlar.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kanadanın “The Globe and Mail” nəşri məlumat yayıb.
"Monrealda yerləşən aviaşirkət Kanada Dövlət Qulluqçuları Həmkarlar İttifaqının (CUPE) rəhbərlərinin tətili davam etdirmək tələbinə baxmayaraq, bazar ertəsi axşam uçuşları bərpa etməyi planlaşdırdığını bildirib", - nəşr qeyd edir.
Qeyd olunub ki, həmkarlar ittifaqı tətilin davam etdirilməsinə və maaş artımının nəzərə alındığı yeni əmək müqaviləsinin bağlanmasına nail olmağa çağırır.
Nəşrin məlumatına görə, tətil 500 minə yaxın sərnişinin planlarını pozub və onlar digər aviaşirkətlərin alternativ reyslərinə biletləri baha qiymətə almağa məcbur olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Avqust 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















