Icma.az
close
up
RU
Aviasiya Akademiyasında “Fevral məruzələri”

Aviasiya Akademiyasında “Fevral məruzələri”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Milli Aviasiya Akademiyasında “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

3 gün davam edəcək beynəlxalq konfrans aerokosmik sahədə gənc tədqiqatçıların yaradıcı potensialının dəstəklənməsi, innovativ yanaşmaların təşviqi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm akademik platforma kimi çıxış edir.

Builki konfransda ümumilikdə 428 nəfər iştirak edir. Proqram çərçivəsində 276 elmi məruzə dinləniləcək. Konfransa ABŞ, Türkiyə, Almaniya, Koreya, Qazaxıstan, Rusiya, Özbəkistan və Qırğızıstan kimi ölkələrdən 45 nəfər tədqiqatçı qatılıb.

Konfransın geniş institusional əhatə dairəsi də diqqətəlayiqdir. Ümumilikdə, tədbirdə 39 müxtəlif yerli və xarici universitet, elmi-tədqiqat institutu, dövlət qurumu və aparıcı təşkilat təmsil olunub. Bu fakt “Fevral məruzələri”nin artıq regionun aparıcı gənclər elmi platformalarından birinə çevrildiyini göstərir.

Konfransı giriş sözü ilə açan birinci prorektor, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin iştirakçılara salamlarını və təbrikini çatdırıb və MAA-nın son 30 ildə keçdiyi inkişaf yolu haqqında məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində 11 bölmə üzrə aerokosmik sahə, nəqliyyat, energetika, iqtisadiyyat, hüquq, fundamental elmlər və texniki inkişaf istiqamətlərində aktual problemlər müzakirə olunacaq.

Plenar iclasda Merilend Universitetinin (ABŞ) fəxri professoru akademik Roald Saqdeyev, Moskva Fizika-Texnika İnstitutunun professoru Emil Əhmədov, Helmholts Elmi-Tədqiqat Mərkəzinin (Almaniya) əməkdaşı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Azərbaycanın Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev və Piri Reis Universitetinin (Türkiyə) elmi işlər üzrə müşaviri, Beynəlxalq SARES cəmiyyətinin prezidenti, professor Hikmet Karakoç çıxış edərək aerokosmik elmin gələcək inkişaf perspektivlərini və MAA-da gənclərin innovasiyalara töhfəsini xüsusi vurğuladılar.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, Milli Aviasiya Akademiyası akademik Arif Paşayevin Azərbaycan xalqına verdiyi çox böyük bir töhfədir. Onun sözlərinə görə, Arif Paşayevin təşəbbüsü ilə keçirilən bu konfranslar silsiləsi məhz bu ehtiyaca cavab verir və eyni zamanda gənc nəslin düşüncəsinə elmin yaşaması zərurətini ötürür

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, çox gözəl bir konfrans təşkil olunub və konfransın məzmunu olduqca düşünülmüş şəkildə hazırlanıb.

Hafiz Paşayevin sözlərinə görə, Arif Paşayev haqqında çox danışmaq olar. O, heç vaxt kiməsə əziyyət verməkdən xoşlanmayan, daim insanları və xüsusilə tələbələri ön planda tutan bir şəxsdir. Bugünkü çıxışında da bunu aydın şəkildə gördük. "Arif müəllim keçmişinə, həmkarlarına və ətrafındakı insanlara həmişə sadiq olub, onların maraqlarını qorumağa çalışıb. Bu baxımdan ondan öyrəniləsi çox şey var",- deyə H.Paşayev vurğulayıb. O, Arif Paşayev adından hər kəsə təşəkkür edib.

Konfrans proqramına elmi müzakirələrlə yanaşı “Fundamental elmlər və texniki inkişaf”, “Energetikanın müasir problemləri” mövzularında dəyirmi masalar, eləcə də “İdeyadan nəşrə – məqalə yazma bacarığı” və “Hava limanında yerüstü xidmətlərin mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sisteminin qurulması” mövzularında ustad dərsləri daxil edilib.

Bundan əlavə, tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və “Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı nəzərdə tutulub.

“Fevral məruzələri” beynəlxalq konfransı gənc tədqiqatçıların aerokosmik innovasiyalara töhfəsi baxımından MAA-nın elmi strategiyasının əsas istiqamətlərindən biri, həm də beynəlxalq elmi əməkdaşlığın inkişafında mühüm resursdur.

Konfransın sonunda Azərbaycan Respublikasının əməkdar artisti, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədova iştirakçılara uğurlar arzuladı və kiçik konsert proqramı ilə çıxış edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri