Icma.az
close
up
RU
Milli Aviasiya Akademiyasında Elmi Seminar keçirilib

Milli Aviasiya Akademiyasında Elmi Seminar keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Milli Aviasiya Akademiyasında (MAA) “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda Elmi Seminar keçirilib.

525.az xəbər verir ki, tədbirdə Milli Aviasiya Akademiyasınnın (MAA), Elm və Təhsil Nazirliyi (ETN) İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı, UNEC-in, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tədqiqatçıları qatılıblar.

MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov seminarı giriş sözü ilə açaraq təmsil etdiyi akademiyanın yaranma tarixi, əsas fəaliyyət  istiqamətləri, müasir infrastrukturu, təhsil və təlim prosesi barədə məlumat verib.  O, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə ETN İqtisadiyyat İnstitutunda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində aparılan fundamental elmi tədqiqatlardan danışıb, onların elmi və praktiki əhəmiyyətini qeyd edib,  ictimaiyyət və tədqiqatçılar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonra ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.  Məruzəçi Ermənstanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizi işğal etməsi nəticəsində vurulmuş zərərin hesablanması üçün hazırlanmış metodologiya barəsində geniş məlumat verib. Bu vaxta qədər dünyada zərərin qiymətləndirilməsi üzrə bir neçə fərqli metodologiyanın tətbiq olunduğunu qeyd edərək bildirib ki, bunların heç biri uzunmüddətli (çoxillik) işğal dövründə vurulmuş ziyanın hesablanması üçün yetərli deyil. Ona görə də Azərbaycanda bu problemin həllinə yeni metodoloji yanaşma tətbiq edilib.

2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Ermənistanın işğalı nəticəsində Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi üzrə o zaman Maliyyə naziri olan Samir Şərifovun rəhbərliyi ilə müxtəlif nazirliklərin, dövlət komitə və agentliklərinin rəhbər şəxslərinin daxil edildiyi dövlət komissiyası yaradılıb. Hesabatın hazırlanmasında, komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupla yanaşı İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı da iştirak edib.

Məruzəçi ümumi metodoloji problemləri və onların necə həll olunduğunu göstərməklə yanaşı, insan itkiləri ilə bağlı mənəvi zərərin, daşınar və daşınmaz əmlak üzrə ziyanın, iqtisadi itkilərin, minalarla çirkləndirilmənin, ətraf mühitə vurulmuş zərərin və digər bu cür komponentlərin hesablanması və qiymətləndirilməsinin metodologiyası, alət və üsulları haqqında danışıb. Bu yeni  metodologiya əsasında qiymətləndirməyə görə, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin ümumi həcmi təqribən 250 milyard manat (150 milyard ABŞ dolları) qədərdir.

Sonda N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri