Icma.az
close
up
RU
​AVQUST, YOXSA SENTYABR? Hansı ayda istirahət daha sərfəlidir?

​AVQUST, YOXSA SENTYABR? Hansı ayda istirahət daha sərfəlidir?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqust ayı ölkə daxilində səyahət və istirahət üçün ən çox seçilən dövrlərdən biri olaraq qalır. Yayın son günlərində xüsusilə sərin iqlimi, təbiəti və münasib qiymətləri ilə seçilən bölgələrə maraq artır. Bəs avqust ayında ölkə daxilində ən çox hansı istiqamətlərə səyahət edilir? Bölgələrə istirahətə getmək üçün avqust daha sərfəlidir, yoxsa sentyabr ayını gözləmək?

Mövzunu “AzPolitika”ya şərh edən Skal Baku “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri, turizm eksperti Ceyhun Aşurov deyib ki, ümumiyyətlə, yay ayları insanların daha çox tətil etdiyi dövrdür. Dünyada istirahət edən və səyahət edən insanların əksəriyyəti məhz yay mövsümündə səfərlərini həyata keçirirlər. Azərbaycan da bu baxımdan istisna deyil.

Onun sözlərinə görə, hazırda yayın son ayı olan avqustu yaşayırıq və bu ayda da tətilə gedənlərin sayı az deyil: “Nəzərə alsaq ki, bu dövr həm də məktəblərin və universitetlərin tətilinə təsadüf edir, ailəlikcə insanların daha rahat səyahət etmək imkanı yaranır. Regionlara səfər edənlər, təbii ki, Bakıdan çox da uzaq olmayan, təxminən 3 saatlıq avtomobil yolu məsafəsində yerləşən ərazilərə daha çox üstünlük verirlər. Ona görə də ənənəvi olaraq Quba-Qusar istiqaməti, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Lənkəran daha çox insanların səyahət etdiyi ərazilərdir. Çünki bu bölgələrdə turizm infrastrukturu formalaşıb. Bu da insanlara həmin ərazilərdə daha çox alternativ əldə etməyə və istirahətlərini daha yaxşı təşkil etməyə imkan verir”.

Ekspert qeyd edib ki, eyni zamanda, Gəncə, Naftalan və Gədəbəy istiqamətləri də son dövrlərdə qiymətlərinə görə cəlbedici olub: “Çünki qiymətlər digər regionlarla müqayisədə daha münasibdir. Xüsusən Gəncəyə sürət qatarının olması, oradan Hacıkəndə və Göygölə getmək imkanının yaradılması bu istiqamətin cəlbediciliyini artırır. Digər regionlarla müqayisədə qiymətlərin daha əlçatan və əlverişli olması, həmçinin restoran və ictimai iaşə obyektlərində xidmətlərin, eləcə də otellərin qiymətlərinin daha münasib olması da burada əsas amillərdəndir”.

C.Aşurov vurğulayıb ki, əslində, dərslərin sentyabrın ortalarında başlamasına baxmayaraq, avqustun sonlarında və sentyabrın əvvəllərində regionlara səfərlər kəskin azalır: “Bu, təbii ki, qiymətlərdə də özünü göstərir. Tələbatın azalması ilə əlaqədar qiymətlərin ciddi şəkildə, təxminən 30 faizə qədər endiyini görə bilirik.

Ona görə də bəzi insanlar məhz yaydan sonrakı və ya yaydan əvvəlki dövrlərdə istirahət etməyə üstünlük verirlər. Bu dövr daha sakit olur, qiymətlər də daha münasib olur. Xüsusən sentyabr-oktyabr aylarında insanlar həm istirahət edir, həm də sağlamlıq məqsədilə səfərlər edirlər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri