Icma.az
close
up
RU
Avqustda Qırğızıstanda Zəfər Zirvəsində beş alpinist həlak olub

Avqustda Qırğızıstanda Zəfər Zirvəsində beş alpinist həlak olub

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqustda Qırğızıstanda yerləşən Zəfər Zirvəsində ən azı beş alpinist həyatını itirib.

İdman.biz SHOT adlı Telegram kanalına istinadən xəbər verir ki, ölümcül dağ iki rusiyalı, iki iranlı və bir italyan alpinistin həyatına son qoyub.

İlk olaraq Rusiya alpinizm yığmasının kapitanı, 66 yaşlı Nikolay Totmyanin ölüb. O, zirvəyə avqustun 10-da qalxıb, lakin ertəsi gün xəstəxanada infarktdan vəfat edib.

Avqustun 12-də isə iranlı cütlük – Məryəm Pilehvari və Həsən Məşhədioğlu həlak olub. Onlar zirvəyə qalxıb və eniş zamanı yüksəlişdə olan Natalya Naqovitsına ilə qarşılaşıblar. Bir neçə saat sonra iranlılar ölüb, rusiyalı alpinist isə ayağını sındıraraq dağ belində ilişib qalıb.

Natalya rusiyalı Roman, alman Günter və italyan Luka ilə birlikdə dağa çıxırmış. Luka sonda zirvəyə qalxmaqdan imtina edib və mağarada qrupu gözləyib. Günter təkbaşına zirvəyə çıxıb və sonra Lukanın yanına qayıdıb. Daha sonra onlara yalnız Roman qoşulub.

Avqustun 13-də Luka və Günter Natalyanın yanına qalxaraq ona çadır, yuxu tulumu, qaz və ərzaq aparıblar. Roman təkbaşına aşağı düşərək baza düşərgəyə qayıdıb. Lakin əcnəbilər Natalyanı endirə bilməyiblər və onunla birgə dağda gecələməli olublar. Hava şəraiti tamamilə pisləşib. Avqustun 14-də Luka və Günter də Natalyanı orada qoyaraq aşağı düşməyə məcbur olublar. Luka ağır donvurma alıb və ertəsi gün beyin qanamasından vəfat edib.

Qeyd olunmalıdır ki, həlak olan Luka Sinigaliya 2021-ci ildə Natalya Naqovitsına ilə birlikdə Xan-Tenqri zirvəsinə qalxıb. Həmin zaman Natalyanın həyat yoldaşı həlak olmuşdu. Natalya və Sergey italyan alpinistə zirvəyə qalxmaqda yardım etmişdi. Sonradan 6900 metr yüksəklikdə Sergey insult keçirmiş, gecə sayıqlayaraq özünü sığortalayan ipləri açmış və dərinliyə düşərək ölmüşdü. Luka isə bu yardımı unutmamış, Natalyanı xilas etməyə çalışmış, lakin özü də həyatını itirmişdi.

Hazırda təhlükəli hava şəraiti səbəbilə dörd alpinistin cəsədinin götürülməsi planlaşdırılmır. Üstəlik, hazırda yalnız rusiyalı qadının və italyan alpinistin yeri məlumdur. İranlıların isə dronla axtarışları nəticə verməyib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Avqust 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri