Icma.az
close
up
RU
Avrasiya geosiyasətində böyük oyunçu: Azərbaycanın Orta Dəhlizdəki rolu

Avrasiya geosiyasətində böyük oyunçu: Azərbaycanın Orta Dəhlizdəki rolu

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu həftə Azərbaycanın xarici siyasət gündəmi Prezident İlham Əliyevin Macarıstana səfəri, bu ölkənin Baş naziri Viktor Orbanla görüşü, ardınca isə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə diqqətdə oldu.

Azərbaycanın məqsədi TDT-nin təmsilçilik arealını böyütmək, yeni düzəndə möhkəm strateji əlaqələr qurmaqdır. İlham Əliyevin Viktor Orbanla mətbuata birgə bəyanatında və TDT-nin qeyri-rəsmi sammitindəki verdiyi mesajların məzmunu bu cür oxuna bilər. İlham Əliyevin Macarıstanda keçirdiyi görüşlər və verdiyi bəyanatlar Azərbaycanın xarici siyasət strategiyasındakı güclənən mövqeni nümayiş etdirir. Onun irəli sürdüyü konsepsiya ümumilikdə Avrasiya geosiyasətindəki Azərbaycanın yüksələn nüfuzuna istinad edir. Bundan əlavə, Azərbaycanın beynəlxalq nəqliyyat koridorlarında, o cümlədən Orta Dəhlizdəki rolu cəlbedicidir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Gücləndirilmiş və intensivləşdirilmiş münasibətlər sistemi

Diqqət yetirsək, Azərbaycan-Macarıstan əlaqələri gücləndirilmiş və intensivləşdirilmiş münasibətlər sisteminə malikdir. Macarıstanın TDT-də müşahidəçi statusundakı təmsilçiliyi, Azərbaycanla əlaqələrə verdiyi yüksək qiymət Avropa İttifaqının da manevr imkanlarına töhfə verir. Hərçənd ki, Qərbin bəzi dairələrində Viktor Orbanın Azərbaycanla əlaqələri yüksək qiymətləndirməsi qısqanclıqla qarşılanır. Buna baxmayaraq, Macarıstan Azərbaycanın Avropanın təhlükəsizliyində, o cümlədən enerji təhlükəsizliyindəki rolunu özü üçün uyğun sayır. Bu, Qərbdə Azərbaycana qarşı formalaşmış müqavimət oxlarının zərərsizləşdirilməsində yardımçı olur.

Azərbaycanla Macarıstanın üzləşdiyi oxşar çağırışlar

Eyni zamanda Azərbaycan Macarıstan vasitəsilə Avropa İttifaqının TDT-yə olan marağının güclənməsinə səbəb olan strategiya izləyir. Göründüyü kimi, Azərbaycan-Macarıstan əlaqələri enerji sektoru, qeyri-neft sahəsindəki əməkdaşlıqla bərabər geosiyasətdə müştərək maraqlara istiqamətlənib. Azərbaycanla Macarıstan Avropada eyni çağırışla üzləşiblər və Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı bu prosesə belə eyham vurub: "Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik".

İlham Əliyevin bu bəyanatı həm Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin əsaslandırılmasını, həm də iki ölkənin geosiyasi, tarixi və coğrafi baxımdan ortaq xüsusiyyətlərini göstərir. Təhlükəsizlik çağırışları kontekstində isə daha böyük bir məsələ açılır: Azərbaycan da, Macarıstan da Rusiya-Ukrayna müharibəsi fonunda savaş aparan qonşularla həmsərhəddir. İlham Əliyevin bəyanatı regional təhlükəsizlik, sərhədlərin sabitliyi baxımından ortaq mövqelərin formalaşmasına zəmin yaradır.

TDT-nin Sammitindəki ştrixlər

İlham Əliyevin yanaşmaları, o cümlədən TDT-nin qeyri-rəsmi sammitindəki mövqeyi uzunmüddətli strategiyanın formalaşmasının zəruriliyini önə çıxarır. Azərbaycanla Türkiyə strateji müttəfiqlik əsasında TDT daxilində hərtərəfli institusionallaşmaya, hərbi təhlükəsizlik əlaqələrinin nizamına üstünlük verirlər. Bu, Bakı ilə Ankaranın həm Asiyada, həm də Avropada eksklüziv üstünlüklər qazanmasına doğru istiqamətləri müəyyənləşdirir. Çin mərkəzli layihə olan Orta Dəhlizin inkişaf etdirilməsi metodologiyasındakı Azərbaycanın rolu yüksək dəyərə sahibdir. Çünki Azərbaycan:

- Orta Dəhlizdə TDT-nin digər üzvləri olan Qazaxıstan və Türkiyə ilə birlikdə Avropa və Asiya arasında enerji və nəqliyyat bağlantısını təmin edir;

- Azərbaycanın zəngin enerji resursları, yerləşdiyi strateji mövqe onu Qərb və Şərq arasındakı koordinasiya platformasını gücləndirən mövqeyə gətirib çıxarıb.

Bu üstünlüklər, təkcə coğrafi mövqedən deyil, aktiv diplomatiya və inteqrasiya təşəbbüslərindən qaynaqlanır. Bu istiqamətdə isə Azərbaycanın dominant təşəbbüskarlıqları diqqət mərkəzindədir.

Geoiqtisadi, geosiyasi və təhlükəsizlik mövzusunda müzakirələr

Qeyri-rəsmi Zirvə görüşü təşkilatda təmsil olunan dövlətlər arasında geoiqtisadi, geosiyasi və təhlükəsizlik mövzusundakı müzakirə kimi başa düşülə bilər. Elə görüşdə imzalanan bəyannamənin məqsədlərində də həmin təşəbbüslərin vacibliyi önə çəkilir.

Bəyannamə təhlükəsizliklə bağlı məqamları, o cümlədən üzv dövlətlərin birliyini pozmağa yönəlmiş təhdidlərə qarşı birgə mübarizənin vacibliyini bildirir. Bu, koordinasiyalı təhlükəsizlik siyasətinin ciddi siqnalıdır. Terrorizm və transmilli cinayətkarlıqla, kibercinayətkarlıqla mübarizə, Suriya və Əfqanıstan məsələlərinə dair baxış TDT-nin qlobal güc olmaq yönündəki səylərini nümayiş etdirir. Belə davam edərsə, yaxın gələcəkdə TDT eksklüziv imkanlardan istifadə edərək yüksək səviyyəli təhlükəsizlik arxitekturasına sahib olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri