Icma.az
close
up
RU
Hamburqda keçirilən konfransda Azərbaycanın Orta Dəhlizdəki önəmi vurğulanıb

Hamburqda keçirilən konfransda Azərbaycanın Orta Dəhlizdəki önəmi vurğulanıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hamburq Ticarət Palatası və Alman İqtisadiyyatının Şərq Komitəsinin birgə təşkilatçılığı ilə 20 fevral 2025-ci il tarixində Hamburq şəhərində "Yeni marşrutlar, yeni bazarlar. Qlobal Keçid və Orta Dəhliz boyunca potensial bazarlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə 200-dən çox iş adamı, eləcə də AFR dövlət qurumlarının, aparıcı beyin mərkəzlərinin, KİV-lərin nümayəndələri və  xarici diplomatlar iştirak edib. 

Tədbirin əsas məruzəçisi qismində Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edib. N.Ağayev vurğulayıb ki, son illər Avrasiya qitəsində baş verən hadisələr Orta Dəhlizin əhəmiyyətini daha da qabarıq şəkildə göstərir. Səfir bildirib: “Azərbaycan üçün Orta Dəhliz sadəcə müvəqqəti alternativ və ya ehtiyat planı deyil – bu, regional əlaqəlilik və iqtisadi inteqrasiya baxımından strateji, uzunmüddətli ticarət marşrutudur. Son iyirmi il ərzində Azərbaycan bu dəhlizin infrastrukturuna əhəmiyyətli sərmayələr yatıraraq onu müasir, effektiv və dayanıqlı nəqliyyat mərkəzinə çevirmişdir. Alman şirkətləri üçün imkanlar təkcə nəqliyyat və logistika ilə məhdudlaşmır. Bu dəhliz, istehsal mərkəzləri yaratmaq, ixracı artırmaq və bu dinamik marşrut boyunca və onun hüdudlarından kənarda inkişaf edən bazarlara çıxış əldə etmək üçün strateji qapıdır.”

"Limanlar və logistika" adlı panel müzakirədə iştirak edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov tədbir iştirakçılarına Azərbaycanın regional və qlobal nəqliyyat şəbəkəsində tutduğu strateji mövqe, ölkə üzərindən keçən beynəlxalq marşrutlar, o cümlədən Bakı Limanının regional əlaqələrin qurulmasında artan rolu haqqında ətraflı məlumat verib. Həmçinin, Orta Dəhlizin qlobal səviyyədə artan nüfuzu və regionda əsas nəqliyyat marşrutu olması, dəhlizin qlobal səviyyədə ticarət əlaqələrinin genişləndirilməsindəki rolu barədə danışıb. 

“İnfrastrukturun inkişafı: Layihələr və maliyyələşmə” adlı panel müzakirədə iştirak edən Azərbaycanın Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer Azərbaycanın hava nəqliyyatı, xüsusilə hava yolu ilə beynəlxalq yük daşımaları sahəsində son illərdə regionun aparıcı dövlətlərindən birinə çevrildiyini qeyd edərək, Orta Dəhlizin inkişafında hava nəqliyyatının perspektivlərindən bəhs edib. 

Qeyd edək ki, Hamburqda səfərdə olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov logistika sahəsində fəaliyyət göstərən bir sıra irimiqyaslı şirkətlərin nümayəndələri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri