Icma.az
close
up
RU
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib

Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 26 aprel, Günel Karatepe, AZƏRTAC

Bu il “Yaşanabilir bir dünya üçün dialoq” mövzusu ilə 28-ci dəfə keçiriləcək Avrasiya İqtisadi Zirvəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən mayın 7-i və 8-də təşkil olunacaq Avrasiya İqtisadi Zirvəsinə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamının qatılması gözlənilir. İstanbul Moda Akademiyasında keçirilən təqdimat tədbirində vəqfin rəhbəri Akkan Suver və İstanbul Hazır Geyim və Tikiş Məmulatları İxracatçıları Birliyinin (İHKİB) İdarə Heyəti sədrinin müavini Mustafa Paşahan toplantı ilə bağlı məlumat veriblər.

Avrasiya İqtisadi Zirvəsinin iş adamları arasında yeni əməkdaşlıqların inkişafına töhfə verdiyini bildirən Mustafa Paşahan təmsil etdiyi qurumun artıq uzun illərdir Avrasiya İqtisadi Zirvəsinə dəstək verdiyini xatırladıb.

O, İHKİB-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Tədbirlə bağlı açıqlama verən Akkan Suver deyib ki, Avrasiya İqtisadi Zirvəsi təxminən 30 ildir beynəlxalq arenada söz sahibi olan şəxsləri, o cümlədən fərqli ölkələrin mövcud və ya sabiq liderləri, siyasətə yön verən şəxslər, iş dünyası, vətəndaş cəmiyyətləri, akademiklər və dini liderlərini bir araya gətirir. Türkiyənin beynəlxalq səviyyədə ən önəmli tədbirlərindən olan bu zirvədə insanlığın qarşı-qarşıya qaldığı problemlər, fürsətlər və təhdidlər hərtərəfli müzakirə edilir.

Bildirilib ki, toplantı çərçivəsində “Qlobal liderlərin rolu” başlığı altında təşkil olunacaq paneldə beynəlxalq siyasətə yön verən liderlərin populizm və demaqogiyadan bəhrələnən yeni diplomatiya üslubu müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri