Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Azərbaycan və Avrasiya İqtisadi İttifaqı

Azərbaycan və Avrasiya İqtisadi İttifaqı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyalı nazir müavini Mixail Qaluzinin açıqlamasına sözardı

Əslində, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dilə gətirdiyi fikirlər təəccüblüdür. Ona görə ki, indiyədək Rusiyanın Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına kömək niyyəti açıqlanmayıb. Axı məntiq olmalıdır. Məntiq isə budur ki, rəsmi Bakı mövcud istiqamətdə hansısa kömək istəməyib.

Bəli, Azərbaycan Kremlin patronajlığı altında fəaliyyət göstərən quruma yaxınlaşmaq məramını ifadə etməyib. Məsələ onda deyil ki, belə bir məram, ümumən, heç vaxt olmayıb. Söhbət sırf yaxınlaşmaqdan gedirsə, bu prosesin ayrı-ayrı elementləri müşahidə olunub. Yəni Azərbaycan rəhbərliyi müxtəlif dövrlərdə Aİİ-yə dair mövqeyini ifadə edərkən vurğulayıb ki, ölkəmiz qurumla əməkdaşlığa, prinsip etibarilə, qarşı deyil, lakin xarici iqtisadi əlaqələri hansısa inteqrasiya blokuna üzvlüklə məhdudlaşdırmır. Dəfələrlə o da bildirilib ki, Azərbaycan həm Avropa, həm Türk dünyası, həm də postsovet məkanı ilə balanslaşdırılmış iqtisadi əlaqələr qurmağın tərəfdarıdır.

O da məlumdur ki, 2018–2024-cü illərdə Rusiya və Aİİ rəsmiləri bir neçə dəfə Azərbaycanın ittifaqa qoşulmasının arzuolunan olduğunu bəyan etsələr də, rəsmi Bakı bu çağırışlara qəti müsbət və ya mənfi cavab verməyərək məsafəli davranıb. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda səmərəli iqtisadi əməkdaşlıq qurduğunu və mövcud modeldən razılığını qeyd edib. Nəzərə alaq ki, Aİİ-nin bəzi üzvləri, xüsusən, Rusiya, Qazaxıstan və Belarusla geniş ticarət-iqtisadi əlaqələr saxlayırıq. Yəni ittifaqa qoşulmadan da bunları gerçəkləşdirməyimiz mümkündür.

Daha bir məqamı vurğulayaq. Zaman-zaman Aİİ-yə qoşulmaq məsələsi müzakirə olunarkən, Azərbaycan belə bir arqument irəli sürüb ki, ittifaqın üzvü olan Ermənistan ilə həll olunmamış siyasi məsələlər mövcuddur. Söhbət erməni işğalı ilə bağlı məsələlərdən gedib ki, artıq həmin dövr geridə qalıb. Bakının İrəvanla yekun sülh müqaviləsi olmasa da, indi başlıca məqam heç bu da deyil. Əsas nüans Aİİ-nin Ermənistanın özü üçün problemə çevrilməsidir və mövzuya qayıdacağıq. Hələlik isə...

Əlqərəz, Rusiyanın Azərbaycanın Aİİ ilə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edən M.Qaluzin hesab edib ki, bu, ümumi Avrasiya məkanında artıq formalaşmış iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edər. Onun fikrincə, belə bir yaxınlaşma Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr verər. Çünki ölkə vahid mal bazarının üstünlüklərindən yararlanmaq imkanı əldə edər, həmçinin nəqliyyat, xidmətlər və investisiyalar sahəsində əməkdaşlığını genişləndirmək imkanı qazanar. Ən başlıcası isə nazir müavini vurğulayıb: “Biz Azərbaycanı Avrasiya İnkişaf Bankının səhmdarları sırasında görmək istərdik və hesab edirik ki, belə bir addım respublikada iri layihələrin bankın vəsaiti hesabına maliyyələşdirilməsinə yol aça bilər”.

Demək istəmirik ki, Avrasiya İnkişaf Bankının (AİB) ölkəmizdəki hansısa layihəni maliyyələşdirməsinə ehtiyac yoxdur. Azərbaycana can atan xarici investorların, o cümlədən bankların, kifayət qədər, çoxluğunu, habelə, öz vəsaitimizin də yetərli olduğunu bildirib cənab Qaluzinin fikirlərinin xoş məramını heçə endirmək məqsədindən uzağıq. Nəzakət xatirinə nazir müavininə təşəkkürümüzü bildiririk. Hətta sözügedən bankın Azərbaycanın Aİİ ilə indiki yaxınlığı şəraitində də ölkəmizdəki layihələrə dəstəyinin nəzərdən keçirilməsinin mümkünlüyünü söyləmək olar. Yəqin cənab Qaluzin onu nəzərdə tutmur ki, AİB-in dəstəyi üçün mütləq Azərbaycanın Aİİ-yə üzvlüyü lazımdır...

Bildirdiyimiz kimi, Azərbaycan Aİİ məkanına daxil olan ölkələrlə sıx əməkdaşlığa malikdir. Bu məkanın ölkələrindən biri də Ermənistandır ki, onunla əlaqələrimiz müsbətə doğru gedir və mövcud tendensiyanın formalaşmasında nə Rusiyanın, nə də onun hakim rol oynadığı təşkilatın hansısa rolu var. Bakı və İrəvan sülh yolundadırlar və bu yol hər iki tərəfin şüurlu seçimidir. O zaman Ermənistanın Aİİ ilə əlaqələrinə keçid alaq. Yəni üzərinə qayıdacağımızı dediyimiz mövzudan söz açaq.

Bəli, Ermənistan Aİİ-də rəsmən təmsil olunur. Ancaq belə bir meyil var ki, parlament seçkiləri öncəsi gərginlik dövrünü yaşayan ölkə üçün əlavə gərginlik mənbəyi məhz bu qurumdur. Daha doğrusu, Aİİ-yə üzvlük və ondan gələn dividend hazırda Ermənistan üçün, bir növ, siyasi şantaj predmetinə çevrilib. Nə üçün? Çünki Rusiya İrəvanın təşkilatdakı təmsilçiliyini ikincinin Avropa İttifaqına qoşulmaq məqsədinə qarşı qoyur. Təxminən belə: Ermənistanın Aİİ xətti ilə qazancı böyükdür, Aİ-dən əldə edəcəkləri isə qeyri-müəyyəndir. Ayının min oyunu bir armudun başındadır. Vurğu onun üzərindədir ki, qeyri-müəyyən platformaya doğru yön alan erməni iqtidarı seçki qalibi ola bilməz, yaxud olmasın.

Əlbəttə, sonuncu diqqətə çatdırdığımız məqam açıq şəkildə bildirilmir. Ancaq mövzuya dair ayrı-ayrı deyimlərin hay elektoratına təsir yükü daşıdığı məlumdur. Sadə ermənilərə dolayısıyla çatdırılır ki, real gəlir platforması olan Aİİ-ni deyil, Aİ-ni üstün tutan siyasi düşərgəni dəstəkləsə, gələcəkdə yaşam gəlirlərindən məhrum duruma düşəcək. Yəqin, elə buna görədir ki, Baş nazir Nikol Paşinyan və komandasının üzvləri seçkiqabağı təbliğat çıxışlarında tutarlı alternativlər açıqlayır və beləliklə, siyasi şantajlara boyun əyməyəcəklərini ortaya qoyurlar. Alternativlərdən söz düşmüşkən, onların sırasında Azərbaycan da var. Məsələn, erməni iqtidarı Rusiya qazını Azərbaycan qazı ilə əvəzləməyin mümkünlüyü barədə söz açır. M.Qaluzinin ölkəmizin Aİİ ilə yaxınlaşması mövzusundan danışması həm də buna görə təəccüblüdür. Həm də istər-istəməz düşünməyə vadar edir. Bəlkə Rusiyada kimlərsə Aİİ-dəki Ermənistan itkisini Azərbaycanla kompensasiya etməyi düşünəcək qədər “irəli gedir”?

Əslində, suallar çoxdur və ümid edək ki, onların geniş anlamda səslənməsinə ehtiyac qalmayacaq. Eləcə də Qaluzinin açıqlamasından subliminal nəticələr çıxarmağa. Hərçənd, nəticə çıxaranlar var. Çünki Aİİ ümumi Avrasiya iqtisadi məkanı yox, daha çox Rusiyanın siyasi platformasıdır. O platforma ki, oradakı dövlətlərin, belə demək mümkünsə, dividend və mənfəət payının formalaşması sırf Aİİ-də təmsilçiliyin hesabına deyil.

Tutalım, Qazaxıstanı götürək. Qazaxıstan dünyaya açıqdır və bu status beynəlxalq aləmlə ikitərəfli münasibətlər trayektoriyasına əsaslanır, nəinki Aİİ üzvlüyünə. Yəni sabah ölkə milli maraq və mənafelərinin diktəsindən asılı olaraq davranacaq və heç bir maneə tanımayacaq. Buna qarşı hansısa mexanizm varmı? Yoxdur. Axı Qazaxıstanın Çin kimi real inteqrasiya məkanı da mövcuddur. Ermənistana qarşı isə mexanizmlər işə salınır. Erməni “tırları” Rusiya ilə sərhəddə gözləyirlər. O “tırlar” ki, üzlərini çevirib Avropaya doğru yön alsalar, yük yerlərindəki məhsul “köhnə qitə”nin yalnız bir ölkəsindəki marketlərə çatacaq. Aydındır ki, Ermənistanın Avropa bazarını təmin edəcək qədər nə əriyi, nə də konyakı ola bilər. Ancaq ölkənin ərik və konyak satışından qazanması mümkündür. Eləcə də digər məhsullardan. O məhsullar ki, onlar üçün ən yaxın bazar Azərbaycan və Türkiyədir.

Göründüyü kimi, Aİİ müstəvisi baxımından ortada normal iqtisadi münasibət amili yox, böyük ölçüdə siyasi element var və Ermənistan nümunəsində bu element nəzərə çarpır. Biz Azərbaycanda yetişdirilən pomidorun da siyasi məsələlər səbəbindən Rusiya sərhədini “keçə bilmədiyinin” şahidi az olmamışıq. Guya Aİİ-də yer alsaydıq, belə bir durumla üzləşməzdik?

Bütün bunlara görə də Qaluzinin Aİİ və Azərbaycan mövzusundan söz açması təəccüblüdür. Görəsən, indiyədək formalaşmış iqtisadi əlaqələrimizi quruma yaxın olmaqla necə daha da möhkəmləndirəcəyik? Yaxud Aİİ ilə yaxınlaşmaqla ölkəmizin iqtisadiyyatı üçün hansı müsbət nəticələr yaranacaq? Azərbaycanın Aİİ-nin vahid mal bazarının üstünlüklərindən faydalanması necə olacaq? İndi Ermənistanın yararlandığı kimimi? Dedik axı suallar çoxdur. Hətta daha çox. Hələlik bu qədər.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see295

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see286

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see264

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see256

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see252

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see244

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see243

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see234

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see230

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see214

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see213

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see202

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see195

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see194

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see190

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see188

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see178

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see169

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see164

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri