Icma.az
close
up
RU
Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya olsa...”

Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya olsa...”

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı yanvarın 21-nə olan valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türkiyə lirəsi 0,0393 manat təşkil edib. Avro 1,9821 manata, Rusiyanın 100 rublu isə 2,1870 manata qədər bahalaşıb.
İqtisadçı-ekspert Rəşad Həsənov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan manatının sabitliyi əsasən yalnız ABŞ dollarına münasibətdə qorunur:
"ABŞ dollarının digər valyutalara qarşı məzənnəsinin dəyişməsi avtomatik olaraq manatın da avro, rubl və digər valyutalara münasibətdə qiymətinin dəyişməsinə səbəb olur. Yəni manat bütün xarici valyutalara qarşı sabit deyil. Müxtəlif dövrlər üzrə baxdıqda görürük ki, manat digər valyutalara qarşı bəzən ucuzlaşır, bəzən isə bahalaşır”.
Ekspertin sözlərinə görə, buna iki əsas amil təsir edir:
"Birincisi, ABŞ dollarının beynəlxalq bazarlarda dəyər qazanması və ya itirməsi ilə bağlı konjunkturdur. İkincisi isə digər ölkələrdə baş verən iqtisadi proseslərin həmin valyutaların məzənnəsinə təsiridir. Hazırda ABŞ-nin xarici iqtisadi siyasəti, ticarət müharibələri, qlobal qeyri-müəyyənliklər və beynəlxalq hüququn zəifləməsi dollarda müəyyən dəyərsizləşmə meylləri yaradır. Davos İqtisadi Forumunda aparılan müzakirələr və ABŞ-də Federal Ehtiyat Sistemi ətrafında baş verən dəyişikliklər də bu tendensiyanı gücləndirir”.
R.Həsənov vurğulayıb ki, hazırkı dəyişiklikləri devalvasiya kimi qiymətləndirmək düzgün deyil:
"Dolların ucuzlaşması təbii olaraq avro və rublun bahalaşmasına səbəb olub. Bu isə manatın həmin valyutalara münasibətdə məzənnəsində dəyişiklik yaradıb. Lakin hazırda müşahidə olunan proseslər devalvasiya simptomları deyil, bazarın təbii dinamikası ilə bağlıdır”.
Ekspert əlavə edib ki, manatın məzənnəsinə həm müsbət, həm də mənfi faktorlar təsir göstərir:
"2026-cı ilin büdcəsində nominal artımın məhdud olması valyuta tələbinin nisbətən aşağı qalmasına şərait yarada bilər. Digər tərəfdən, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarının artması bazarda yaranan təzyiqləri yumşaldır. Əhalinin əlində olan valyutanın kütləvi şəkildə bazara çıxmaması da stabilliyi dəstəkləyən amillərdəndir”.
Bununla belə, Həsənov qeyd edib ki, uzunmüddətli risklər qalmaqdadır:
"Neftin qiyməti ilə bağlı vəziyyət proqnozlaşdırıla bilən deyil. Beynəlxalq maliyyə qurumları neftin ucuzlaşması ilə bağlı riskləri daha çox önə çəkirlər. Əgər uzun müddətdə neft qiymətləri düşərsə və eyni zamanda Azərbaycanın hasilat və gəlirləri azalarsa, hökumət müəyyən mərhələdə devalvasiya qərarı vermək məcburiyyətində qala bilər. Bu, uzunmüddətli perspektivdə qaçılmazdır”.
Ekspertin fikrincə, 2026-cı ildə kəskin şoklar baş verməzsə, hökumət manatın ABŞ dollarına qarşı sabitliyini qorumağa çalışacaq və mövcud status-kvo saxlanılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri