Icma.az
close
up
RU
MANAT DEVALVASİYA TƏHLÜKƏSİNDƏDİR? KONKRET

MANAT DEVALVASİYA TƏHLÜKƏSİNDƏDİR? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər manatın məzənnəsi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Xüsusilə neft qiymətlərində mümkün enişlər və regiondakı iqtisadi proseslər fonunda devalvasiya riski müzakirə olunur. Bəs manat hansı halda üçüncü dəfə devalvasiyaya uğraya bilər?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, devalvasiya bazar yox, inzibati qərardır və bunun konkret tarixini əvvəlcədən demək mümkün deyil.

İqtisadçının sözlərinə görə, hazırda manatın məzənnəsi ilə bağlı risklərin artdığını demək olar, lakin bu, devalvasiyanın mütləq olacağı anlamına gəlmir:

“Devalvasiyanın olub-olmayacağını heç kim əvvəlcədən dəqiq deyə bilməz. Bu, birbaşa inzibati qərardan asılıdır”.

Xalid Kərimli vurğulayıb ki, devalvasiya riskini artıran əsas amil ixrac gəlirlərinin kəskin azalmasıdır:

“Azərbaycanın ixrac gəlirlərinin əsas hissəsi neft və qazdan formalaşır. Bu gəlirlərdə ciddi azalma baş verərsə və ölkənin tədiyə balansı mənfiyə keçərsə, xüsusilə də bu proses uzunmüddətli xarakter alarsa, devalvasiya riski arta bilər”.

Onun sözlərinə görə, region ölkələrində baş verən kəskin məzənnə itkiləri də manata təzyiq göstərər:

“Qonşu dövlətlərdə milli valyutaların sürətlə dəyər itirməsi psixoloji və iqtisadi təzyiq yarada, kapital axınına səbəb ola bilər. Bu da manat üçün əlavə risk formalaşdırır”.

İqtisadçı qeyd edib ki, yaxın perspektivdə əsas narahatlıq mənbəyi məhz ixracdan, xüsusilə də neft-qaz sektorundan əldə olunan gəlirlərdir.

Beləliklə, manatın üçüncü dəfə devalvasiyaya uğraması birbaşa neft-qaz gəlirlərinin dinamikası, ölkənin xarici balansı və regional iqtisadi proseslərdən asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri