Icma.az
close
up
RU
Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!

Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Düzdü, ölkəmizi avrokuboklarda təmsil edən komandalardan “Neftçi” hələ dünən ilk yoxlama oyununu keçirdi. Ancaq “Sabah”la “Qarabağ” Avstriyanın Tirol bölgəsində, “Zirə” isə Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışı artıq başa vurub.

Belədə komandaların beynəlxalq arenadakı sınağa hazır olduğunu düşünmək olar. Ancaq bu matçlarla bağlı qorxunc məqam var ki, mütləq diqqət yetirməliyik. Belə ki, Çempionlar Liqasında yarışacaq “Sabah” yoxlama oyunlarında qələbə qazana bilmədi. “Universitatya Krayova” və “Ferentsvaroş” ilə heç-heçə edən “bayquşlar” “Polesye” önündə darmadağın oldu - 1:4.. Avropa Liqasında yarışacaq “Qarabağ” da ümidləri doğrultmadı. Düzdü, ağdamlılar “Zirə” və “Avstriya “Tirol”u üzərində qələbə qazandı. Ancaq “qartallar”ın “köhlən atlar”dan zəif olduğu əvvəldən bəlli idi. “Tirol” isə ölkə çempionatının 2025/26 mövsümünü 12 komanda arasında 11-ci pillədə başa vurub. "Metallist 1925"ə 2:6, "Ferentsvaroş"a 0:1 hesabıyla uduzmaq isə ciddi həyəcan siqnalıdı.
Bəli, Qurban Qurbanov Xarkov təmsilçisinə qarşı oyunda aparıcı futbolçuların əksəriyyətinə şans vermədi. Ancaq həmin məğlubiyyət də komandada rotasiya potensialının zəif olduğunu ortaya qoydu. Xüsusilə müdafiə xəttində. Kevin Medinanın yoxluğu, Elvin Cəfərquliyevin formada olmaması özünü dərhal büruzə verdi. Həmin boşluqları "Fenetsvaroş"la oyunda da hiss etdik. Bunu Qurban bəy də dərk edir ki, daha çox zamana ehtiyac duyduqlarını bildirdi.
"Neftçi"yə gəlincə, düzdü, ÇFR ilə matç uzun fasilədən sonra kollektivin bir araya gəlməsi idi. Ancaq bu fakta sığınmaq olmaz. Ona görə ki, rəqib də yaydakı ilk yoxlama matçını keçirdi. Razıyıq ki, "ağ-qaralar" oyun ərzində bir çox hücum təşkil etdi, fərqlənməyə can atdı. Lakin ÇFR rəqibinə hansısa komponentdə uduzmadı və lazım olan qolları da vurdu. Hətta bu baxımdan bakılıların xeyli geridə qaldığını deyə bilərik.
İstənilən halda, avrokubokdakı təmsilçilərimiz yoxlama oyunlarında ümid vermədi. Təki rəsmi oyunlarda belə olmasın!
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyul 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri