Icma.az
close
up
RU
Maçado: “Avrokuboklar üçün mübarizə aparacağıq”

Maçado: “Avrokuboklar üçün mübarizə aparacağıq”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay transfer dövründə “Araz-Naxçıvan”la anlaşan və təxminən 1 illik fasilədən sonra yenidən ölkəmizə dönən Ramon Maçado klubun saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı forvard komandaya uyğunlaşmasından və hədəflərindən söz açıb:

– Özünü yeni komandanda necə hiss edirsən?
– Komanda yeni olsa da, Azərbaycan mənə yad ölkə deyil. Əvvəllər də burada oynamışam, iki klubun formasını geyinmişəm. “Araz-Naxçıvan” yeni çağırışdır. Mən də bu dəvəti qəbul etdim, yenidən özümü bu ölkədə sınamaq qərarına gəldim. Ailəm də Azərbaycanı çox sevir. Burada yaşamağımız üçün heç bir problem yoxdur.

– Adaptasiya olmusanmı?
– Bura hazır gəlmişdim. Çünki Malayziya çempionatında çıxış edirdim və mütəmadi oynayırdım. Çempionat oyunları başa çatdıqdan sonra istirahət etmədim, birbaşa komandanın Türkiyədəki düşərgəsinə yollandım, ikinci yoxlama matçında meydana çıxdım. Ona görə uyğunlaşmaq və hazırlıq baxımından hansısa çətinliyim olmadı. Baş məşqçini də tanıyıram, vaxtilə birgə çalışmışıq. Bir neçə futbolcu var, onlarla da başqa komandada çıxış etmişik. Yəni özümü yad hesab etmirəm.

– Bir neçə gündən sonra yeni mövsüm başlayır. “Qarabağ”la qarşılaşmaya komanda hazırdırmı?
– Asan oyun olmayacaq. Rəqib haqda geniş danışmağa ehtiyac yoxdur. Çünki bu komanda illərdir Azərbaycan çempionu olur, avrokuboklarda uöurlu çıxışı ilə seçilir. Heyətlərində keyfiyyətli futbolçular cəmləşib. Amma bizim də əla kollektivimiz var. Yayda komandaya xeyli futbolçu cəlb olunub ki, hər biri kömək edəcək gücdə və səviyyədədir. Maraqlı görüş olacaq. Mövsümün startıdır, uğurlu nəticə qazanmalıyıq. Bunu hər kəs istəyir. Çünki qarşımıza məqsəd qoyulub.

– Avrokuboklara vəsiqə qazanmaq…
– Bunun üçün mübarizə aparacağıq. Düzdür, digər komandaların durumunu bilmirəm. Çünki buradan getdikdən sonra çempionatı izləmək imkanım olmurdu. Oyunlar, saat fərqi və s. mane olurdu. Amma burada olan dostlarımdan ümumi məlumat alırdım. Stadionları görmüşəm, hamısına bələdəm. Təbii ki, bizi asan oyunlar gözləmir. Hər kəs mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 İyun 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri