Icma.az
close
up
RU
Avrokuboklar uğrunda gərgin mübarizə: Azərbaycan Premyer Liqasının çempionluq sınağı

Avrokuboklar uğrunda gərgin mübarizə: Azərbaycan Premyer Liqasının çempionluq sınağı

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda UEFA Avropa Liqası və Konfrans Liqasına əsas dörd iddiaçı var. Onlardan "Zirə"nin durumu daha yaxşıdır. 52 xalı olan "qartallar" üçüncü pillədəki "Araz-Naxçıvan"ı beş xal üstələyir. Rəşad Sadıqovun komandası göstərdiyi oyunla da rəqiblərindən daha yaxşı görünür.

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün sonuna doğru mübarizə gərginləşir. Xüsusilə avrokuboklara vəsiqə və elitada mövqeyini qorumaq yarışında komandalar bütün güclərini səfərbər ediblər. Nəyə görə çempionluq yox? Ona görə ki, artıq bu sualın cavabı böyük ölçüdə bəllidir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Qarabağ" çempionluğa doğru

Ağdam təmsilçisi ardıcıl dördüncü, 2013-cü ildən bəri 11-ci dəfə qızıl medalları qazanmağa çox yaxındır. 27 turda 64 xal toplayan Qurban Qurbanovun komandası turnir cədvəlinə inamla liderlik edir. "Atlılar" ən yaxın izləyicisi "Zirə"ni 12 xal üstələyir. Mövsümün sonuna doqquz tur qalıb və riyazi olaraq nəinki qəsəbə təmsilçisinin, hətta dördüncü pillədəki "Turan Tovuz"un da çempionluq şansı var. Lakin realist yanaşma "Qarabağ"ın belə bir üstünlüyü əldən verməyəcəyini deməyə əsas verir. Komanda həm heyətinə, həm göstərdiyi oyuna görə rəqiblərindən bir addım öndədir. İndi onlar üçün Premyer Liqadan çox ölkə kuboku oyunları prioritet hesab edilə bilər. Burada yarımfinala qədər irəliləyən kollektivin hədəfi növbəti "qızıl dubl"dur.

Gərgin avrokubok yarışı

Əsas mübarizə qitəmiqyaslı yarışlara - Avropa Liqası (AL) və Konfrans Liqasına (KL) vəsiqə qazanmaq uğrunda gedir. AL-ə vəsiqə ölkə kubokunun sahibinə veriləcək. Əgər çempion kuboku qazanarsa, bu turnirə Premyer Liqanın ikincisi gedəcək. Kubokun yarımfinalında "Qarabağ"- "Araz-Naxçıvan", "Neftçi"- "Sabah" duelləri var. İndiki halda ikinci pillədə qərarlaşan "Zirə" üçün "Qarabağ"ın kuboku qazanması AL-ə getmək üçün ən yaxşı variantdır. Kuboku nəzərə almasaq, çempionatın iki və üçüncü komandaları Konfrans Liqasında yarışacaq. Kuboku "Qarabağ" və ya hazırda üçüncü pillədə qərarlaşan "Araz-Naxçıvan" qazanacağı halda, çempionatın dördüncüsü də KL-də oynamaq hüququ qazanacaq.

Avrokuboklara əsas dörd iddiaçı

Hazırda AL və KL-ə əsas dörd iddiaçı var. Onlardan "Zirə"nin durumu daha yaxşıdır. 52 xalı olan "qartallar" üçüncü pillədəki "Araz-Naxçıvan"ı beş xal üstələyir. Rəşad Sadıqovun komandası göstərdiyi oyunla da rəqiblərindən daha yaxşı görünür. İlk iki dövrəni yaxşı keçirən Muxtar Respublika təmsilçisi isə son zamanlar enişdədir. İkinci pilləni əldən verən Elmar Baxşıyevin komandası hazırkı mövqeyində də rahat deyil. Ardıcıl xal itkiləri dördüncü pillədəki "Turan Tovuz"un üçüncülük iddialarını artırıb. Düzdür, Kurban Berdiyevin komandası da qeyri-stabillikdən əziyyət çəkir. Lakin qərblilər 43 xal toplayıblar və üçüncülük şansları az deyil. "Sabah"ı da müəyyən qədər avrokubok mübarizəsində hesab etmək olar. Komandanın 35 xalı var, ancaq dördüncü yerin qitəmiqyaslı yarışlara getmək imkanı verə biləcəyini nəzərə alsaq, onlar da iddialarını davam etdirirlər. Lakin "Sabah" üçün prioritet ölkə kubokunu qazanmaqdır.

"Neftçi" üçün mövsümü xilas etmək şansı

Premyer Liqada bu mövsümü də "Neftçi" üçün itirilmiş hesab etmək olar. Komandanın 32 xalı var və qalan doqquz turda ilk "dördlüy"ə girmək demək olar ki, mümkünsüzdür. Lakin komandanın mövsümü xilas etmək üçün variantı mövcuddur. "Ağ-qaralar" gözünü kuboka dikib. Yarımfinala qədər irəliləyə bilən Samir Abasovun komandasını tituldan cəmi üç oyun ayırır. Əldə ediləcək titul "Neftçi" camiəsində mövsümün uğursuzluğunu unutduracaq.

"Şamaxı" və "Sumqayıt"ın mövsümün həlledici mərhələsində hər hansı ciddi sıxıntısı yoxdur. Düzdür, ötən mövsüm Konfrans Liqasında oynamaq hüququ qazanan "kimyaçılar" üçün mövsümün pis keçdiyini demək olar. 28 xalı olan komanda səkkizincidir və yalnız son iki qələbə ilə düşmə zonasından uzaqlaşıb. Lakin ümumi gedişatı nəzərə aldıqda, komanda hazırkı vəziyyətinə "şükür etməlidir". "Şamaxı"ya gəlincə, Premyer Liqaya bu mövsüm qayıdan "münəccimlər" elitada mövqeyini qorumaq məsələsini böyük ölçüdə həll edib. 28 xalla yeddinci olan komanda minimal tapşırığın öhdəsindən gəlib və artıq növbəti mövsümün planlarını cızır. "Şamaxı"nın baş məşçisi Ayxan Abbasov Azərbaycan U-21 millisinin çalışdırıcısı təyin olunub. Məlumata görə, növbəti mövsümdən "Şamaxı" U-21 yığmasının bazası rolunu oynayacaq.

Liqadan kim düşəcək?

Növbəti mövsüm Premyer Liqada komanda sayı 12 olacaq. Bu qərardan sonra Premyer Liqanın sonuncusunun düşməyəcəyi gözlənilsə də, AFFA İcraiyyə Komitəsi idman prinsiplərinə riayət olunacağını və onuncu yeri tutan komandanın I Liqaya düşəcəyi barədə qərar qəbul edib. Hazırda bu yerə iki namizəd var. "Səbail" 18 xalla sonuncudur. Doqquzuncu "Kəpəz"in 23 xalı var. Fərq böyük deyil və Bakı klubu vəziyyəti düzəldə bilər. Lakin komandada yaşananlar bunun çətin olduğunu demək üçün kifayətdir. Uğursuzluq zolağından çıxa bilməyən "dənizçilər"də baş məşqçi Cavid Hüseynov ötən həftə istefaya göndərildi. Mövsümə Şahin Diniyevlə başlayan klubda bu, ikinci çalışdırıcı ayrılığıdır. Son dövrəyə doğru baş tutan ayrılıq yaxşı heç nə vəd etmir. "Kəpəz" isə Azər Bağırovun rəhbərliyi altında elitada qalmaq üçün var gücünü ortaya qoyub. Yeni sponsor tapan Gəncə təmsilçisi növbəti mövsüm daha iddialı olmaq niyyətindədir.

Bombardirlik yarışı

Qoleadorların yarışında da Premyer Liqanın turnir cədvəlində olduğu kimi "Qarabağ"lı üstündür. Leandro Andrade 11 qolla rəqiblərini üstələyir. Lakin komandasından fərqli olaraq, onun liderliyi kövrəkdir. "Sabah"dan Cessi Sekidika 10 qolla Leandronu qarabaqara izləyir. "Araz-Naxçıvan"dan Felipe Santos, "Zirə"dən Davit Volkov 9 dəfə fərqləniblər. "Sabah"lı Coy-Lens Mikels və "Zirə"li Salifu Suma isə səkkiz qolla növbəti sıralardadırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Mart 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri