Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Çempionluq uğrunda mübarizə gərginləşdi

Çempionluq uğrunda mübarizə gərginləşdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Arsenal” uduzdu, “Çelsi” və “Liverpul” növbəti dəfə xal itirdi. Premyer-liqada 15-ci turdan ən qazanclı çıxan komanda “Mançester Siti”di. “Şəhərlilər” lider “topçular”dan cəmi 2 xal geri qalır. Üstəlik sürət yığan “Aston Villa” da var.

"Football-plus.az" xəbər verir ki, “Aston Villa” “Arsenal”ın avqustun sonundan bəri davam edən məğlubiyyətsiz oyunlar seriyasını qırmaqla yanaşı, ardıcıl 7-ci qələbəsini qazandı. İndi birmingemlilər liderdən cəmi 3, MS-dən 1 xal geri qalır. Oyunboyu meydanda gərgin mübarizə getdi. Rəqiblər qarşılıqlı pressinqdən istifadə edir, arabir zərbə vururdular. Hesabı 36-cı dəqiqədə “Aston Villa” açdı. 2-ci hissənin əvvəlində Trossar bərabərliyi bərpa edəndə düşünmək olardı ki, artıq təşəbbüs qəti şəkildə “Arsenal”ın əlinə keçəcək. Ancaq birmingemlilər dözdü, oyunu bərabərləşdirə bilərdi. Belədə heç-heçə oyunun məntiqi nəticəsi sayılardı. Uzatma dəqiqələrində inanılmaz hadisə baş verdi. “Aston Villa”nın sonuncu hücumunda cəmi 7 dəqiqə əvvəl meydana çıxan Buendia qələbə qolunu vurdu.
Liderin ən yaxın izləyicisi MS heç kimin gözləmədiyi halda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sanderlend”i qəbul etdi. Topa nəzarət edən “şəhərlilər” ilk 15 dəqiqədə rəqib qapısı önündə təhlükəli vəziyyət yarada bilmədi. Yalnız 31-ci dəqiqədə Diaşın uzaqdan zərbəsi sayəsində müqaviməti yarmaq mümkün oldu – Ballardan səkən top tora düşdü. Cəmi 4 dəqiqə sonra Fodenin kornerdən asmasını tamamlayan Qvardiol fərqi artırdı. 2-ci hissənin əvvəlində Dokyu fərqi darmadağın həddinə çatdıra bilərdi, dirək ona mane oldu. Ardından oyun bir müddət “Sanderlend”in üstünlüyü şəraitində davam etdi. Donnarumma İzidorun təhlükəli zərbəsinin qarşısını aldı, Cakanın zərbəsi dirəkdən döndü. Holann da qola yaxın oldu, sadəcə, onun zərbəsindən sonra Gertryoyda topu qapı xəttindən çıxardı. Hər halda, Şerki 2-ci məhsuldar ötürməni də hesabına yazdı, Fodenin başla fərqlənməsi üçün “rabona” verdi.
“Çelsi” ilə “Bornmut”un qələbəsiz oyunlar seriyası davam etdi. “Zadəganlar” artıq üç oyundu qələbə qazana bilmir, üstəlik Mareskanın komandasının premyer-liqadakı 13 oyunluq qol seriyası da bitdi. “Bornmut” isə artıq 5 oyundu qələbəyə həsrətdi. 0:0 bu oyunun ədalətli nəticəsidi. Ona görə ki, nə “Çelsi”, nə də “Bornmut” qələbəyə layiq idi. Hərçənd hər birinin fərqlənmək şansı oldu. “Bornmut” İngiltərədə hamıdan çox pressinq edən komanda statusunu doğrultdi. Andoni İraolanın komandası bu yolla “Çelsi”nin düşünülmüş kombinasiyalar qurmasına mane oldu. Elə londonluların özündə də yaradıcılıq alınmırdı, onlar ideya və kreativ gedişlər çatışmazlığından əziyyət çəkdi. Meydan sahibləri əsasən əks-hücumlara əl atırdılar ki, bunlar da bəzən təhlükəli olurdu. Çoxsaylı təkbətək mübarizələr və fasilələr, həmçinin bezdirici və xaotik mübarizə fonunda oyun heç-heçəyə doğru gedirdi ki, sonda da məhz tərəflərdən heç birini qane etməyən hesab qeydə alındı.
“Lids” – “Liverpul” oyununun ilk yarısında qol vurulmadısa, 2-ci hissə azarkeşlərə şou bəxş etdi. Əvvəlcə “qırmızılar” üç dəqiqəyə iki qol vurdu, özü də hər dəfə Ekidike fərqləndi. Bir qədər sonra, daha dəqiqi, 73-75-ci dəqiqələr aralığında yorkşirlilər işə düşdü. Kalvert-Lüin penaltidən fərqləndi, Stax Alissonu əks-hərəkətdə “tutdu”. Son çempionun növbəti dəfə xal itirəcəyini düşünmək olardı ki, Soboslai səhnəyə çıxdı və komandasını növbəti dəfə irəli çıxardı. Son ana qədər “Liverpul”un xal itirəcəyindən xəbər verən heç bir əlamət yox idi. Amma yaponiyalı Tanaka 6-cı uzatma dəqiqəsində “Liverpul”u şoka salan bərabərlik qolunu vurdu. Slot və yardımçıları qəzəbdən özünə yer tapa bilmirdi. Bu qədər yaxın olduqları qələbə əldən çıxmışdı... Maraqlıdı, “Liverpul” rəhbərliyi növbəti xal itkisinə dözəcəkmi?
Liverpulun digər təmsilçisi “Everton” isə “ÇL zonası”na yaxınlaşdı. “Göylər” Şon Dayçın baş məşqçi postuna gəlişindən sonra canlanan “Nottingem Forest”i darmadağın etdi.
“Bornmut”u qəbul edən “Tottenhem” ilk yarıda iki qol vurmaqla 5 oyunluq qələbəsiz seriyaya son qoydu. “Nyukasl” “Bernli”ni məğlub etdi. Qonaqların 43-cü dəqiqədən azlıqda oynadığını da vurğulayaq. Turun qalan oyunlarına gəlincə, “Brayton”la “Vest Hem” “sülh bağladı”, “Fulhem” evdə “Kristal Pelas”a uduzdu.
15-ci tur
Aston Villa – Arsenal 2:1

Keş, 36. Buendia, 90+5 – Trossar, 52. (42888)
Arsenal: Rayya, Uayt, Timber, İnkapye, Kalafyori (Lüis-Skelli, 86), Edeqor, Subimendi, Rays, Saka (Madueke, 79), Merino (Dyökereş, 46), Eze (Trossar, 46/Martinelli, 86).
Mançester Siti – Sanderlend 3:0
Diaş, 31. Qvardiol, 35. Foden, 65.
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol (Ake, 70), O’Rayli, B.Silva (Lüis, 82), Niko, Foden (Reynders, 69), Şerki (Savinyo, 82), Holann (Marmuş, 69), Dokyu.
Bornmut – Çelsi 0:0
(11240)
Çelsi: Sançes, Hüsto, Fofana, Çaloba, Kukurelya, Ceyms, Fernandes, Neto, Palmer (Pedro, 58), Qarnaço (Estevao, 77), Delap (Giyu, 32).
Lids – Liverpul 3:3
Kalvert-Lüin, 73-p. Stax, 75. Tanaka, 90+6 – Ekitike, 48; 50. Soboslai, 80. (36842)
Liverpul: Alisson, Bredli (Qomes, 68), Van Diyk, Konate, Kerkez, Qravenberx, Cons, Soboslai, Virts (Makallister, 68), Qakpo (Endo, 83), Ekitike (İsak, 84).
Tottenhem – Brentford 2:0
Rişarlison, 25. Simons, 43. (60759)
Tottenhem: Vikario, Porro, Romero (Danso, 81), Van de Ven, Spens, Bentankur (Palyinya, 65), Qrey, Kudus (Sarr, 80), Simons, Rişarlison, Kolo-Muani (Odober, 74).
Nyukasl – Bernli 2:1
Gimarayns, 31. Qordon, 45+8 – Flemminq, 90+4-p. (52041)
Everton – Nottingem Forest 3:0
Milenkoviç, 2-öz qapısına. Barri, 45+3. Dyusberi-Holl, 81. (52501)
Brayton – Vest Hem 1:1
Rütter, 90+1 – Bouen, 73. (31293)
Fulhem – Kristal Pelas 1:2
Uilson, 38 – Nketia, 20. Qexi, 87. (27283)
Vulverhempton – Mançester Yunayted 1:4
Belqard, 45+2 – Fernandeş, 25; 82-p. Mbemo, 51. Maunt, 63.
1. Arsenal 15 10 3 2 28-9 33
2. Mançester S. 15 10 1 4 35-16 31
3. Aston Villa 15 9 3 3 22-15 30
4. Kristal Pelas 15 7 5 3 20-12 26
5. Çelsi 15 7 4 4 25-15 25
6. Mançester Y. 15 7 4 4 26-22 25
7. Everton 15 7 3 5 18-17 24
8. Brayton 15 6 5 4 25-21 23
9. Sanderlend 15 6 5 4 18-17 23
10. Liverpul 15 7 2 6 24-24 23
11. Tottenhem 15 6 4 5 25-18 22
12. Nyukasl 15 6 4 5 21-19 22
13. Bornmut 15 5 5 5 21-24 20
14. Brentford 15 6 1 8 21-24 19
15. Fulhem 15 5 2 8 20-24 17
16. Lids 15 4 3 8 19-29 15
17. Nottingem Forest 15 4 3 8 14-25 15
18. Vest Hem 15 3 4 8 17-29 13
19. Bernli 15 3 1 11 16-30 10
20. Vulverhempton 15 0 2 13 8-33 2

Bombardirlər:
Holann (MS) – 15, Tyaqo (Brentford) – 11, Uelbek (Brayton), Mateta (Kristal Pelas) - 7.
Turun rəqəmi
1 – Bruno Gimarayns “Bernli” ilə oyunun 31-ci dəqiqəsində topu künc zərbəsindən birbaşa qapıya göndərməklə hesabı açdı. Bu, “Nyukasl”ın premyer-liqadakı ilk belə qoludu. Premyer-liqa tarixində isə kornerdən birbaşa zərbə ilə 20-ci qol vuruldu.
Turun ulduzu
Bubakar Kamara (Aston Villa) – fransalı yarımmüdafiəçi meydanın hər yerində göründü, hücuma da yardım etdi, müdafiəyə də. Sakanın boş küncə zərbəsini çıxardı, eləcə də son saniyələrdəki qarışıqlıqda Buendiyaya məhsuldar ötürmə verdi.
Turun sitatı
Qari Nevill, MY-nin sabiq müdafiəçisi: “Liverpul”un enişdə olması reallıqdı. Hesab 2:0 olanda belə bu komandanın qələbəsinə inanmırsan, indicə səhvə yol verəcəklərini düşünürsən. Bu kollektivə inam qalmayıb. Slotun komandası göz önündə dağılır”.
Fakt
“Arsenal” Artetanın dönəmində premyer-liqada “Aston Villa”ya 6 dəfə uduzub. İspaniyalı mütəxəssis yalnız “Mançester Siti” ilə oyunlarda bundan da çox (7) məğlubiyyətə üzülüb.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Belə sonluğu qəbul etmək çətindi. İkinci hissəyə çox yaxşı başladıq. Qol vurduq, dominantlıq etdik. Ancaq sonradan problemlə üzləşdik, dominantlığı əldən verdik, boş zonalar buraxdıq. Nəticədə qələbəni də əldən verdik”.
Unai Emeri, “Aston Villa”nın baş məşqçisi: “Çox xoşbəxtəm. Bu həftə can atdığımız oyunu göstərə bildik. “Villa Park” xüsusi yerdi, azarkeşlər enerjisini bizə ötürür. Avropa Liqasında da yaxşı oynamaq istəyirik, ancaq bizim üçüm prioritet premyer-liqadı”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Düşünürəm ki, qalib gəlməyə çalışdıq. Qol imkanlarımız da oldu. Dəfələrlə demişəm ki, qalib gəlmək alınmırsa, uduzmamalıyıq. Meydanın rəqibə aid hissəsində keyfiyyətli oyun göstərmədik. Vacib olan budu ki, qol buraxmadıq. Palmer yaxşı oynadı. Uzunu müddət olmayıb, indi-indi forma yığır”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Düşünürəm ki, yetərincə yaxşı oynadıq. Oyunun böyük zaman kəsiyində 2:0 öndə olduq. Penalti epizoduna qədər heç bir problem yox idi, rəqibə bir qol imkanı da verməmişdik. 2:2 olandan sonra növbəti dəfə önə çıxdıq, amma hesab 3:3 oldu. Növbəti – bu mövsümdə 10-cu və ya 11-ci dəfə standart vəziyyətdən qol buraxdıq. Bu qədər qol buraxandan sonra turnir cədvəlində indi olduğundan yüksək yerdə qərarlaşa bilmərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri