Icma.az
close
up
RU
Avropa ABŞ ın Ukrayna üzrə sülh planını Rusiyanın “Troya atı” kimi görür

Avropa ABŞ ın Ukrayna üzrə sülh planını Rusiyanın “Troya atı” kimi görür

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropanın Ukraynadakı müttəfiqləri ABŞ-ın vasitəçiliyi ilə hazırlanan sülh planının Rusiyaya yenidən hücum üçün şərait yarada biləcəyindən ciddi narahatdırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" xəbər agentliyi Avropalı rəsmilərə istinadən yazır.

Mənbələrin bildirdiyinə görə, əsas risk ABŞ-ın təklif etdiyi demilitarizasiya zonasıdır. Avropalı rəsmilər hesab edirlər ki, bu mexanizm Kremlin mübahisəli ərazilərdə gizli şəkildə qoşun yerləşdirməsinə imkan verə bilər. Daha sonra isə Moskva hibrid hücumlar vasitəsilə ABŞ-ın təhlükəsizlik zəmanətlərini zəiflədərək yeni işğala zəmin yarada bilər.

Agentlik xatırladır ki, ABŞ-ın sülh planına əsasən Krım, Luqansk və Donetsk vilayətləri de-fakto Rusiyanın nəzarətində tanınır. Xerson və Zaporojye vilayətlərində cəbhə xətti dondurulur, bu iki bölgənin bir hissəsi isə faktiki olaraq Rusiyanın nəzarətində qalır.

Avropada isə istənilən halda Ukrayna qoşunlarının geri çəkilməsinin Rusiyaya fürsət yarada biləcəyindən ehtiyat edirlər. Mənbələr bildirir ki, yaxın günlərdə və həftələrdə Avropa ölkələrinin əsas məqsədi sülh sazişində Rusiyanın “Troya atı”na çevrilə biləcək mexanizmlərin yer almamasını təmin etməkdir.

Agentlik həmçinin xatırladır ki, Ukrayna prezidenti Vladimir Zelenski ərazi məsələlərinin yalnız Ukrayna xalqı tərəfindən – seçkilər və ya referendum yolu ilə – müəyyən edilməli olduğunu bildirib. Lakin Avropalı rəsmilərin fikrincə, Rusiya bu prosesə müdaxilə edə bilər ki, bu da əlavə risk yaradır.

Böyük Britaniyanın sabiq milli təhlükəsizlik müşaviri Piter Rikets ABŞ-ın demilitarizasiya zonası təklifinə dair Avropanın narahatlığını əsaslı hesab etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ diqqətini başqa məsələlərə yönəltdikdən sonra Vladimir Putin “təxribatlar yaradaraq” yeni hücum üçün bəhanə əldə edə bilər. “Bu, Ukraynanın qalan hissəsini Rusiyanın növbəti hücumuna qarşı həssas edəcək. Söhbət texniki detaldan yox, Ukrayna və Avropanın təhlükəsizliyi üçün fundamental bir məsələdir”, – deyə Rikets vurğulayıb.

Bundan əvvəl İtaliyanın "Corriere della Sera" qəzeti yazıb ki, sülh sazişinin son versiyalarından birində Ukraynanın təcili şəkildə Avropa İttifaqına üzvlüyü təklifi yer alır. Qəzetin məlumatına görə, bu ideya Zelenski komandasına məxsusdur və Ukraynanın Aİ-yə üzvlüyünün 2027-ci ildən gec olmayaraq reallaşması təklif olunur.

Maraqlıdır ki, Ukraynanın “sürətləndirilmiş Aİ üzvlüyü” perspektivi hətta Rusiya–ABŞ versiyasında da qeyd olunur. Avropa ölkələrinin təkliflər paketində isə yalnız “Ukrayna Aİ üzvü olacaq” ifadəsi yer alır, lakin konkret vaxt göstərilmir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri