Icma.az
close
up
RU
Trampın Troya atı...

Trampın Troya atı...

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəlcə “türk NATO-su” haqqında sürəkli mülahizələr. Daha sonra məyusluq ki, əşşi, bunlardan bir şey çıxmayacaq. Və budur, üç türk dövlətinin – Türkiyənin, Azərbaycanın və Özbəkistanın birgə hərbi təlimləri...

Nə demək olar? Düşünürük ki, yaxın gələcəkdə iştirakçıların siyahısı bir az da genişlənə bilər.

Maraqlıdır ki, Rusiya mətbuatı isterika qaldırmadı. Yazdılar və qeyd etdilər ki, indi Məkəzi Asiya üç qütb, daha doğrusu, üç poliqon arasında vurnuxur.

Əslində dördüncüsü də var - Avropa İttifaqı. Bu günlərdə belə informasiya səsləndi ki, Avropa İttifaqı Mərkəzi Asiyanın Cənubi Qafqazla bağlantısı üçün 12 milyard avro ayırmağa hazırdır.

Belədəsə, Qazaxıstan hələ Rusiya ilə birlikdədir. Tacikstan və Qırğızıstan daha çox Çinin təsirini hiss edir. Özbəkistan isə Türkiyəyə meyl edir. Yada salaq ki, dünyasını dəyişmiş İslam Kərimovun vaxtında Özbəkistanla Türkiyə arasında münasibətlər soyusa da, Daşkənd Bakıya qarşı daim isti münasibət göstərmiş və hətta GUAM-ın ilk üzvlərindən biri də olmuşdu.

Yeri gəlmişkən, bugünlərdə çox maraqlı şey oxudum. Çin alimləri əsərlərinə istinadlara görə dünyada birinci yerdədir– əlbəttə, söhbət təbiət elmlərindən gedir. Təsəvvür edin, ondan sonra ABŞ gəlir. Sonra da deyirlər ki, möcüzə olmur! Olur, amma o ölkələrdə ki, orada “elmin və alimin vətəni yoxdur” demirlər...

Daim yazırdıq ki, Qərb dünyası da əvvəlki cazibəsini itirir, o daha ən öndə olan deyil. Şərq yavaş-yavaş oyanır. Xüsusən də Uzaq Şərq ölkələri böyük möcüzələr göstərirlər. Geosiyasət həvəskarları tək qütblü, çox qütblü dünya haqqında çənə döydükləri vaxt artıq çoxqütblü dünya bərqərar olub. Hətta iş o yerə çatıb ki, Qərb ölkələri Şərqin inkişafını az qala, zorla saxlamağa, məhdudlaşdırmağa çalışırlar, çünki çata bilmirlər onlara.

Qərbin üstünlüyü başqa sahədədir. Burada mütərəqqi siyasi sistem, mütərəqqi dünyagörüşü var. Şərq isə iqtisadi-texnoloji sıçrayış etdi, özü də Qərb elmini mənimsəməklə. Şərq ölkələrinin demək olar əksəriyyəti avtoritar ölkələrdir. Onlar belə bir tezisi də alt-üst etdilər ki, indi iqtisadi inkişaf təkcə demokratik ölkələrdə mümkündür.

Bu xüsusda insan haqları üzrə “NATO” yaratmaq təklif edənlər var. Daha ağıllıları və təmkinlilərisə Karter dövrünün “insan haqları diplomatiyası”na qayıtmağı təklif edirlər. Amma onu tənqid edən media strukturlarını Ağ Evə buraxmayan Trampdan bunu gözləmək gülünclük deyilmi? Prezident olan kimi BMT- nin İnsan Haqları Şurasından çıxmadımı adam? Kimə və nəyə işarə idi bu?..

Amma ümid edirik ki, bu da müvəqqətidir, avtoritar Şərq ölkələri də bir gün demokratikləşəcək, çünki onlar da razıdırlar ki, iqtisadi azadlıq olmadan inkişaf mümkün deyil. Ümid edək iqtisadi azadlıqların ardınca siyasilər də gələcək.

Maraqlıdır ki, dünyada qaynar nöqtələri də daha çox avtroitar ölkələr yaradır. Məsələn, Rusiya, İran kimi ölkələr. İstərdik ki, BMT-nin indiki sessiyasında bunun haqqında da danışsınlar, çünki dövlətlər müxtəlifdir, onların heç də hamısı az qala bir əsr keçsə də, hələ təşkilatın prinsip və məramlarını qəbul etmir, hamıya lazımdır ki, BMT sadəcə, onun özəl problemlərini həll etsin – vəssalam. BMT-ninsə sərəncamında siyasi bəyanatlardan və bir də beş daimi üzvün əlində oyuncağa çevrilmiş TŞ-dan başqa bir şey yoxdur.

Daha bir maraqlı detal budur ki, indi Tramp BMT-nin sessiyasına ev sahibliyi edir. Bəs Sülh Şurası harada qaldı? Niyə BMT-ə yardımçı ola bilmir?

O ki qaldı onun Məsud Pezeşkiana viza verməsinə və faktiki olaraq onu dəvət etməsinə, burada mənim yadıma nədənsə Homerin “Odisseyi” düşdü. Di gəl, şükür ki, hansısa fors-major hal olmadı. Trampla görüşə gəldikdəsə, əvvəldən optimist deyildik. Amma bu, Məsud bəyin ölkə daxilindəki siyasi çəkisini artıra bilərdi. Belədəsə, Pezeşkian heç vaxt ABŞ-ın və ya İsrailin “qara siyahısı”nda olmayıb. Belə vəziyyət ikitərəfli diplomatik konfiqurasiyada həmişə dəyişiklik edə, İran siyasətində dünyəvi qüvvələri önə çıxara bilər. Amma bunun üçün onlar bir az olsa da ambisiyalı olmalıdırlar. Bu isə təəssüf, cənab Pezeşkianda görünmür.

Həm də doktor Pezeşkian Trampla görüşmək üçün şərt irəli sürdü: qoy, ABŞ bəyan etsin ki, onun İran hakimiyyətilə bir işi yoxdur! Gülməlidir, deyilmi? İran “molla”ları bu qədər əziz-xələf imiş?

80 milyon əhalisi olan ölkədə prezident seçilmiş bir adam haqqında bu, bəlkə də qeyri-ciddi, gülünc səslənəcək, hətta seçkilər süzgəcli - filtrli olsa belə (əvvəl ruhani elitası qərar verir ki, kimi seçkiyə buraxmaq olar, ya olmaz, daha sonra isə cəmiyyət seçir). Amma onda niyə yarım əsrdir seçkilər İranda heç nəyi həll etmir, ölkə seçkidən seçkiyə azad olmaq əvəzinə daha da mühafizəkarlaşır. Bəlkə günah özümüzdədir ki, İran siyasətçilərini mühafizəkarlara, islahatçılara bölüb xəyallara qapılırıq?..

Münasibətlərin hazırki Nyu-York səhifəsinə gəldikdə, doktor Məsud Pezeşkian formal olaraq özünün siyasi dəsti-xəttinə sadiq qaldığını da təsdiq edir və ən azı noyabr seçkilərinə qədər ABŞ-la atəşkəs elan etməyə hazır olduğunu bildirir. Görək, cənab Trampın sözü nə olacaq? O, “molla” rejiminə loyal olduğunu deyir, həqiqətən İranla sülh istəyir, yoxsa məqsəd tam hərbi qələbəyə qədər getməkdir?

Amma o, da var ki, prezident Məsud Pezeşkian SEPAH-a nə qədər nəzarət edə abilir ki, onunla ciddi danışıq aparılsın? Axı SEPAH artıq bir dəfə prezidentə xəbər vermədən atəşkəsi pozubdur...

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see281

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see237

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see219

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see216

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see215

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see213

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see212

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see210

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see208

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see207

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see205

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see204

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see204

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see201

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see199

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see196

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see191

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see180

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri